Azərbaycan ordusu azı 21 erməni əsgərini öldürüb - HESABAT

Ermənistan ordusunun və onun Qarabağdakı işğalçı hərbi kontingentinin bu il ərzində nə qədər əsgər itirdiyi açıqlanıb. Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin yaydığı hesabata görə, bu ilin 9 ayı ərzində Ermənistan silahlı qüvvələri və “Dağlıq Qarabağ müdafiə ordusu” cəmi 38 hərbçisini itirib. Müqayisə üçün qeyd olunur ki, 2013-cü ilin müvafiq dövründə itkilərin sayı 25 olub.

Hesabatda yazılanlara görə, 38 hərbçi ölümündən 20-i atəşkəs rejiminin pozulması və təmas xəttində baş verən atışmaların nəticəsidir. 6 erməni hərbçisi “bədbəxt hadisə” nəticəsində ölüb, 4 hərbçi digər xidmət yoldaşları tərəfindən güllələnib, xəstəlikdən ölüb və intihar edib.

Hesabat müəllifləri bildirir ki, əgər son 5 ildə atəşkəsin pozulması nəticəsində itkilər erməni ordusunun ümumi itkilərinin 22 faizini təşkil edirdisə, bu ilin birinci yarısında kəskin artaraq 52 faizini təşkil edib.“20 hərbçidən 9-u düşmənin diversiya həmlələri zamanı öldürülüb, onlardan 5-i belə əməliyyatların birində həlak olub” - deyə hesabatda bildirilir.

Sənədə görə, atəşkəs rejiminin pozulması may-avqust aylarında intensiv xarakter alıb.

Hesabata erməni ordusunun bu gün açıqlanan itkisi daxil deyil. Bu itkini də nəzərə almaqla düşmən ordusunun ilin 9 ayı ərzində 21 əsgərinin məhv edildiyi məlum olur.

Lakin bu, real rəqəm hesab edilə bilməz. Çünki təşkilat yalnız Ermənistan Müdafiə Nazirliyinin açıqladığı faktlara istinad edir. Ermənistan Müdafiə Nazirliyi isə əsgər ölümlərini gizlətmə praktikasından tez-tez istifadə edir. İyulun sonlarında, avqustun əvvəllərində gedən döyüşlərdə də düşmən ordusunun itkilərini gizlətdiyi məlum olmuşdu.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar