Türk Ordusu savaşa hazırlaşır

Ölkədə hərbi qulluqçuların sayı bir ildə 30 min nəfər artıb

Keçən bir il ərzində Türkiyə Silahlı Qüvvələrinin hərbi qulluqçularının sayı 30 min nəfərə yaxın artıb.

ANS PRESS-in məlumatına görə, bunu Türkiyə Silahlı Qüvvələrinin Baş Qərərgahından bu gün yayılan məlumatdan anlamaq olur. Məlumata görə, Türkiyə Silahlı Qüvvələrində 1 oktyabr tarixinə 674 min nəfər hərbi qulluqçu olub. Halbuki, 1 iyul 2013-jü il tarixinə Türkiyə Silahlı Qüvvələrində 646 min 218 nəfər hərbçi xidmət göstərmişdi. Bir çox ekspertlər Türkiyə ordusunda hərbi qulluqçu sayının artmasını qardaş ölkənin Yaxın Şərqdə müharibəyə hazırlaşması ilə bağlayırlar.

Məlumatda həm də qeyd edilir ki, Türkiyə Silahlı Qüvvələrindən 345 general və admiral xidmət edir. Zabitlərin sayı 39 min 478, gizirlərin sayı 97 min 224 nəfərdir. Türkiyə ordusunda hərbçilərin sayı 621 min, mülki işçilərin sayı 53 mindir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar