"SİZ DANIŞANDA ONUN MƏRSİYƏLƏRİ YADIMA DÜŞÜR ..." - Vitse-spikerdən deputata

“Biz bələdiyyələrlə bağlı olan qüsur və nöqsanları daimə gündəmə gətirmişik. Onların aradan qaldırıılması üçün təkliflər vermişik. Bu sahədə müəyyən addımlar atılıb”.

“Report”un xəbərinə görə, bunu Milli Məclis Sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli deyib.

Vitse-spiker bildirib ki, Azərbaycanın siyasi həyatında bələdiyyələrin öz yolu, mövqeyi var: “Qüsurlar, nöqsanlar var. Bunların üzərinə gedən deputatlar da var. Bələdiyyələrin 20 illik fəaliyyətinə kölgə salmaq, hamısını rüşvətdə təqsirləndirmək insan hüquqlarının pozulmasıdır. Yaxşı işçilərin fəaliyyətinə qara yaxmaqdır”.

Vitse-spiker deputat Razi Nurullayevi danışarkən diqqətli olmağa çağırıb: “Sizin bu qısa müddətdə çıxışlarınıza qulaq asanda adı sizin adınıza oxşayan bir mərsiyəçi var o yadıma düşür. Sizin adınız Razi, onun adı isə Racidir. Siz hər dəfə danışanda onun mərsiyələri yada düşür. Fikirlərinizdə diqqətli olun”.

Qeyd edək ki, deputat Razi Nurullayev Milli Məclisin bu gün keçirilən iclasında bələdiyyələrin və onun işçilərinin fəaliyyətini tənqid edib. O deyib ki, “1999-cu və 2009-cü ildə bələdiyyə seçilənlər torpaq qalmayıb, hamısını satılıblar: “Bu müddət ərzində bələdiyyələrin fəaliyyəti yoxlanmalı və ciddi həbslər olmalıdır. Bələdiyyələrin nə səlahiyyəti var ki, başı qapazlı qurumdur. Bələdiyyə sədrləri icra başçıları ilə razılaşmaya gedir, onların əlaltısına çevrilir. Bələdiyyələr elan edir ki, bu işləri daxili vəsait hesabına edirik. Daxili vəsait nə deməkdir?”

635x100

Şərhlər

Mubariz 2020-05-19 13:06:55

Bu Razi deyildi ki Vilyam Hacıyevin tərəfini tutan ( həps zamanı ) ,indi rüşvətdən danışır. Vilyam onu ora soxuşdurub ,zatən o biriləri kimi ,gündə əqidəsini dəyişənlər yox olmasa millətə gün olmayacaq

Müəllim 2020-05-08 18:23:43

BU BİTSE-SPİKER DEYƏSƏN AYDAN GƏLİB.ÖLKƏDƏ BAŞ VERƏNLƏRDƏN XƏBƏRSİZ ADAM KİMİ "VOKRUQ-OKOLO"" SÖHBƏT EDİR.vALLAH AYIBDIR.bU ADAM İNDİYƏ QƏDƏR KONKRE,AĞILLI ÇIXIŞ ETMƏYİB.ONU VİTSE-SÖİKER NƏ AĞILLA VƏ NƏ GÖZIƏNTİ İLƏ TƏYİN EDİBLƏR(ONSUZ DA BİZDE SEÇKİ İMİTASİYADIR)?

omar 2020-05-08 15:34:52

Razi Nurulla düz onluğa vurub.100 də 100 düz deyib.Fəzail öz mərsiyyəsindən danışsın,belə başa düşdüm ki,qohum-əqrabaları hamısı bələdiyyəərdədir.20 illik(hələ indən sonra 5 ili də var)deputat torpaq satan bələdiyyərə himayədar çıxacaq da.

Aborigen 2020-05-08 14:32:41

Mən bir zadı qana bilmirəm ki, bu bələdiyyələr nə ilə məşğul olmalıdırlar və nə ilə məşğuldurlar.

t.ədalət 2020-05-08 13:54:05

Fəzail İbrahimli müxalifətçi maskası geyinmiş YAP-çıya bənzəyir..

Ədalət 2020-05-08 13:46:34

Razi müəllim nə deyibsə,düz deyib.Bələdiyyələr nə bacariblarsa,satıblar..Bunu hamı bilir

Son yazılar