“ADAMIN MƏDƏNİYYƏTİ OLAR!...” – Daha bir deputatdan nazirə güllə kimi sözlər

Millət vəkili, təhsil eksperti Etibar Əliyev Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət və Turizm Nazirliyində keçirdiyi əməliyyat və həbslərlə bağlı qələmə aldığı məqaləni "AzPolitika.info" saytına göndərdib. Deputatın məqaləsini tədim edirik:

Mədəniyyət bəşər həyatının bünövrəsidir. O, insanda onu bütün digər canlılar və bütövlükdə təbiətdən keyfiyyətcə fərqləndirən bütün hər şeyi təcəssüm etdirərək onunla birlikdə yaranır və inkişaf edir. 

“Mədəniyyət” sözü qədim Romada yaranıb və o, burada, hər şeydən əvvəl əkinçilik və tarla işlərini yaxşılaşdırmaq üçün görülən tədbirlər, yəni “torpağın becərilməsi” mənasında işədilirdi. Sonradan bu ilkin məna öz yerini başqasına, insanın şəxsi məziyyətləri və kamilliyi ilə bağlı olan mənaya verdi. O, əsasən, insanın maariflənmiş, təhsilli və tərbiyəli olduğunu ifadə edir. Və təsadüfi deyildir ki, bu gün mədəniyyətin 500-dən çox tərifi var. Sözün ən geniş mənasında mədəniyyət çox vaxt insanın yaratdığı bütün hər şeyin, bəşəriyyətin bütün nailiyyətlərinin məcmusu kimi başa düşülür. Tarixən mədəniyyəti yaddaş kimi, yaradıcılıq kimi, hər bir fəaliyyətin mənəvi ölçüsü kimi, xalqın həyat tərzi kimi başa düşürlər. Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev isə Azərbaycan mədəniyyətini korrupsiya, səhv kadr siyasət, biliksizliyi ilə illərdir ki, “şumlayır”.

Nazirliyin tabeçiliyində olan qurumlara diqqət edin: Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, 28 teatr, 6308 tarix və mədəniyyət abidəsi, 1 sirk, 12 konsert müəssisəsi, 3985 kitabxana, 2708 klub, 189 dövlət muzeyi (filiallarla birlikdə), 234 uşaq musiqi, incəsənət və rəssamlıq məktəbi, 33 rəsm qalereyası və sərgi salonu, 21 dövlət qoruğu, 60 mədəniyyət və istirahət parkı, 1 zoopark, 4 asudə vaxt mərkəzi, 6 təsərrüfat təşkilatı, “Azərbaycanfilm” də daxil olmaqla 7 film istehsalı studiya, 134 şəhər və rayon kinoteatrı, 62 şəhər və rayon mədəniyyət və turizm şöbəsi və s. Kənardan isə bu nazirlik eləcə “Mədəniyyət” nazirliyi kimi görsənir. Sadaladığım bu qurumlardakı acınacaqlı və bərbad vəziyyətdən orta məktəb şagirdləri də xəbərdardır.

Əbülfəs müəllimlə birgə Mədəniyyət haqqında bilgilərimizi bir az da genişləndirək. Mədəniyyət, insanın özünün yaratdığından və vəhşi təbiətdən fərqli olaraq sözün əsl mənasında, insanın öz dünyasını təşkil edən “ikinci təbiət” kimi təsəvvür edilir. Bu halda mədəniyyəti, adətən maddi və mənəvi mədəniyyətə bölürlər. Bu cür bölgü torpağın becərilməsi mənasını bildirən mədəniyyətdən başqa, “ruhun becərilməsini” bildirən mədəniyyətin də olduğunu ilk dəfə qeyd etmiş Qədim Roma oratoru və filosofu Siserondan başlayır. Kitab mağazalarının, mədəniyyət evlərinin, kitabxanaların, film studiyalarının şumlanması mənəvi mədəniyyətimizə vurulan böyük zərbədir. “İkinci təbiət”imizin yerlə-yeksan olunmasıdır.

Bəs sivilizasiya nədir?

“Mədəniyyət” və “sivilizasiya” məfhumları bir-biri ilə sıx bağlıdır, çox vaxt bir-birindən fərqləndirilmir və eyniyyət təşkil edirlər. Lakin “sivilizasiya nazirliyi” deyilən nazirlik yoxdur. “Sivil nazir” anlayışı isə “mədəni nazir” anlayışından daha dolğun görsənir. “Sivilizasiya” məfhumunun ən davamlı istifadə olunduğu və geniş yayıldığı ölkələrdə o iki mənada işlədilir. Birinci məna: zəka, idrak, ədalət və dini dözümlülük kimi əsaslar üzərində qurulmuş yüksək inkişaf etmiş cəmiyyət. İkinci məna “Mədəniyyət” anlayışı ilə bağlıdır və insanın müəyyən keyfiyyətlərinin – qeyri-adi ağıl, təhsillilik, elmlilik, gözəl ədalar, nəzakət və s. məcmusunu ehtiva edir. Hər bir xalqın mədəniyyətində oxşar əlamət və cizgilər vardır: milli özünəməxsusluq və orijinallıq, təkrarolunmazlıq, unikallıq, dəyişkənlik və yenilik, özündənrazılıq, tənqidi və yaradıcılıq başlanğıcları, özlüyündə dəyərlilik, yüksək ideallara can atmaq və s. Bunlar bizim mədəniyyətimiz üçün də spesifikdir.

Bunları gələcəkdə qoruyub saxlamaq və nəfəs vermək üçün Mədəniyyət Nazirliyində geniş islahatlara eytiyac var.

Beləliklə, sivil nazir obrazı dağıldı. Tanıdığımız bir neçə qurumda yüksək təhsil görmüş, adları heç bir neqativ işlərdə hallanmayan gənclər irəli çəkilib. Onun rəhbərlik etdiyi nazirlikdə isə həbs olunanlar gənclərdir.

Adamın mədəniyyəti olar!…

635x100

Şərhlər

t.ədalət 2020-05-15 03:35:00

Əbilfəs Qarayevin Əlheydər Qarayevlə heç bir qohumluğu yoxdur.O,bəstəkar Qara Qarayevin qardaşı oğludur.Əsilləri Fatmayi kəndindəndir.Təkcə musiqi sahəsində deyil həm də bu nəsilin görkəmləri həkimləri olub.Lakin Rusiyaya meyilli adamlar olublar.

Əli-yə 2020-05-14 23:45:46

Ə.Qarayev bolşevik Əloheydər Qarayevin nəslindəndir.Bolşeviklərin azərbaycanın tanınmış çəxsiyyətlərinə terrorda iştirakl ortaya çıcxmışdı...

Eli Eliyev VIP 2020-05-12 09:45:38

Ceber yeqin ki ebulfesden yararlanib. Bu insanlar bir seyi basa dusmalidirler ki neyi ise Qarabagdan pulla almaq olmaz.Ala bilirler pulla tam Qarabagi alsinlart.Hansisa bir heykeli pulla asotdan ve ya karapetden almaq ermeninin dayisi olmaqdir.polad bulbul,ebulfes ve basqalari.ayibdir utanin bu qedes nazirler xecalet cekmirler goresen---yoxxxx cunki onlarin kecmisi ermeni siranushlarla baglidir

Nizami Qafarov 2020-05-12 01:01:51

Dövlət büdcəsinin 10 faizi mədəniyyətə ayrılır buda təxmini 2,5milliard manatdır

kamil 2020-05-12 00:51:01

Yıxəlana balta vurmayın , dtx getməyən yuvalardan danış ın.Ya da heç danışmayın .

СEBER 2020-05-11 23:59:40

Hörmətli yazarlar əvvəla hörmətli deputatin məqaləsi ilə tam yəqinliyimi bölüşmürəm , beləki hamimizda biganəlik virusu arxayinçiliq vardir , ki hər bir  işə Prezident müdaxilə etməlidir . Heç kəs özünü pis etmək istəmir gözləyir neytrala atir . NEYTRALLİQ **  suçlanan adi dildə  icra başcilari və ya nazirə olan iradlardan daha aqir sağalmaz virusdur . neytralliq yəni _mənə nə ? prinsipi elə SSSR-ni dağidan tendensiyadir Qebbels deyirdi , ki tendensiya tarixin nəbzi və həqiqətləridir , deməli biganəlik , kimsə bizə mədəniyyət evini qapimiza kitabxanai isə mətbəximizə gətirməyə borludur prinsipi Nazirə olan iradlardan daha zərərli tendensiyadir . Bir haşiyyə adini çəkmirəm Heydər Əliyüvin siyasi kursu və davamçi İlham Əliyevin ilk günündən apardiqi modernləşdirimə iqtisadi siyasi kursu haqda   :- mətbuatda və sosial şəbəkələrdə 50 mindən artiq sanballi analitik  məqalə  və koomentlər yazan bir insanin anasindan Sovetlərdən qalan miras əmlaki bağ evini koorupsiyya əlaqələri ilə xaloqlu yeznə əmioqlu vasitəsi ilə Şuşanin alinmasi günü 8 mayda gecə yari məhkəməsiz icrasiz formal bəhanələrlə 15 nəfərin basqini ilə qohum qardaşinin gözü qabaqinda qifillari sindirib özlərini karantin günü atiblar küçəyə.  Kimdir bu insan ? Üzeyir Hacibəyovun Natəvanin Bülbülün  heykəllərini 100 .000 dollar şəxsi vəsaiti ilə gürcülərin vasitəçiliyi ilə  Şuşadan Bakiya  gətizdirən insandir  . Soruşuram , ki axi niyyə şikaiyyət etmirsən ?  Deyir , ki utaniram qələm sahibləri yazarlar  məni taniyar İlham Əliyevin kursuna 50 min məqaləm qalsin bir yana Prezidentə xələl gələr. Fazil Qəzənfər oqlunun adini çəkdiyi  heykəllərin məhz həmin anonim qalan ***  insanin almasina subut elə  onun cavabidir. Əğər o heykəlləri kimsə digər əxlaq sahibi alsaydi Xoşqədəmin verilişlərindən tutmuş şou əhli arasinda 1994-cü ildən bəri özünü reklam edərdi  və bu heykəlləri alan insani hami taniyardi.Bəli dostlar mədəniyyət hələ qalib belə insanlar çoxdur aramizda var ,  deməli tendensiya qalibdir hər şey itməyib qalibdir dostlar. O insan 1994 -cü ildə 100.000 dollara 30 bağ evi alardi ,deməli insani slternativ məfkurə canlandirir aninim qalmaq həvəsi isə yalniz məfkurəli insanlar üçün başadüşüləndir. Dostlar tənqid etmək qinamaq asanddir — neytralliqin əlaməti tənqiddir. Əfsus ki , sadəcəı tendensiyanin dağidici növüdür. 

ejder 2020-05-11 22:42:41

aye,iyirmi alti il nazirimiz oluf,dolalay guya bundan yaxwi idi,hiyyy

Şəkidən 2020-05-11 22:18:10

Mədəniyyət İdarələrində də korrupsiya hökm sürür və Hesablama Palatası da bu qanunsuz halları ört-basdır edib ?

t.ədalət 2020-05-11 21:34:11

Məktəbdə oxuyanda,pioner olanda tədbirlərdə bizə yazılmış vərəqlər verirdilər.Tədbirlərdə önə çıxaraq onu oxuyardıq.Bəzi deputatların çıxışı,sanki həmin günləri yada salır..

Sahib 2020-05-11 21:20:21

!0-15 ildir ki,bu adamın tutduğu vəzifəyə uyğun olmadığı bəlli idi.Fəxri adlar satılır,büdcə yeyilir,mədəniyyət sahəsi bərbad,Azərbaycan koloriti unudulur, sahə baxımsız hala gəlir. Bunu ölkədə sadə vətəndaş belə hiss edirdi.Bəs buna əsuliyyət daşıyanlar ki, mədəniyyətimiz batırılır,hara baxırlar.Yenə Ə.Qarayevi gölgədə saxlamaq istəyirlər.Niyə?

Ali 2020-05-11 20:15:05

Qabil muallim Qarayev boyuk bir neslin numayendesisidir. Onun haqqinda bele fikir soylemek mence gunahdir

Abish 2020-05-11 20:13:05

Etibar mualim bu sivil nazir meselesini duzgun basha dushmedim, burada sivil deyende mence rutbe dashimayanin guc nazirliklerine rehber teyin edilen adam nezerde tutulur mence

nihad 2020-05-11 19:24:26

əbülfəz bu "biznesə" fizuli ələkbərovun işçisi olaraq gəldiyinə görə onun məktəbinin qanunlarınl 25 il burada əxz elətdirirdi,necə deyərlər büdcə pulunu

Valideyn 2020-05-11 19:08:16

Hörmətli Etibar müəllim. Bir valideyn olaraq bilmək istəyirəm, niyə Təfəkkür Univerditeti keçən il məktəbi bitirmiş tələbələrin diplomlarını vermir. Tələbələr 4 il həmin məktəbə 2200 manat pul köçürmüş , nə qədər əziyyət çəkmişlər. Rəhbərlik Təhsil Nazirliyini ,Təhsil nazirliyi universitetin üstünə göndərir. Tələbələr ortalıqda qalıb. Nə sənədləri verilmir ki, yenidən ali məktəbə sənəd versinlər , nə də Dipıomlar verilmir. Siz Təhsil eksperti olaraq bu işlə maraqlansanız yaxşı olardı. Sizdən bir valideyn kimi xahiş edirəm, bizə köməklik göstərəsiniz. Ekspert olaraq təhsildə bu cür neqativ halların qurbanına çevrilmiş tələbələrin günahının nə olduğunu bəlkə izah edəsiniz ?

Qabil Hüseynli 2020-05-11 17:19:36

Mədəniyyət dövlətin bel sütunu olan strateji bir sahədir.Əgər bu sahəyə intellekt və mənəviyyat kasadlığı olan admlar başçılıq edirsə, vay o dövlətin daşıyıcısı olan xalqın halına.

Son yazılar