RAMİZ MEHDİYEVİN ÖLÜM XƏBƏRİ YAYILDI - Kürəkənindən açıqlama (Yenilənib)

"Şükürlər olsun ki, hər şey qaydasındadır” - Ramiz Mehdiyevin kürəkənindən açıqlama.Sosial şəbəkələrdə və bəzi xəbər saytlarında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Ramiz Mehdiyevin vəfat etməsi ilə bağlı informasiyalar yer almaqdadır.

Modern.az informasiyanı dəqiqləşdirmək üçün Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə əlaqə saxlayıb. 

O, saytımıza açıqlamasında yayılan xəbərlərin həqiqət olmadığını deyib:“Ramiz Mehdiyevlə axşam görüşmüşəm. Səhhəti də normaldır. Şükürlər olsun ki, hər şey qaydasındadır”.

Kürəkəni İlham Əliyev Ramiz Mehdiyevin kabinetində oturub yazılarını yazdığını da xüsusi qeyd edib.

***

Bu gün sosial şəbəkələrdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti Ramiz Mehdiyevin vəfat etməsi barədə məlumat yayılıb.

Məsələ ilə bağlı Kult.az-a açıqlama verən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) ictimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin rəhbəri Ağahüseyn Şükürov bildirib ki, Ramiz Mehdiyevin ölümü ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

"Ramiz Mehdiyev yox, mənim oğlum dünyasını dəyişib".

Qeyd edək ki, mayın 6-da mətbuatda Ağahüseyn Şükürovun 27 yaşlı oğlu Nuranın dəhşətli yol qəzasında vəfat etməsi barədə məlumat yayılıb.

635x100

Şərhlər

haqq 2020-05-18 08:10:56

ALLAH BUTUN HARAM YEYENLERE LENET ELESİN XALQİN MALİN MENİMSEYENLER ALLAH QARSİSİNDA CAVAB VERECEKLER. BUNA 10000000 FAİZ EMİN OLUN İNSALLAH

Oxucu 2020-05-15 23:45:11

ALLAH RƏHMƏT ELƏSİN

Azəryar Vaqif 2020-05-12 16:42:40

Məsələ xəbərin səhv olmasında deyil, onun ölümünü arzulayanlarin çox olmasındadır.

alim 2020-05-12 16:30:51

Allah Ramiz Mehdiyevin ömrünü uzun eləsin! Akif Əlizadənin bərbad günə qoyduğu Akademiyada islahatlar aparmağa başlayıb. Az bir zamanda bəzi korrupsioner institut direktorlarının yaman gözünün odunu alıb. Həmin direktorlar bu xəbəri eşidib, biri-birinə gözaydınlığı verirdilər ki, sevincləri uzun sürmədi... Xəbər yalan çıxdı. Ramiz Mehdiyev kasıb alimləri bu il Novruz bayramında sevindirdi. İllərdən bəri görmədikləri bayram mükafatı aldılar. Bəzi institut direktorları ( bu bütün direktorlara aid dedyl) bayram mükafatlarından da kəsib ilin axırında "silirdilər". Hörmətli akademik prezident təyin ediləndən sonra qorxudan zavallı kasıb alimlərinin bayram pulunu oğurlaya bilmədilər. Allah Ramiz Mehdiyevin ömrünü uzun etsin!!!

BAKILI 2020-05-12 15:55:27

Allah rehmet elesin 150 il yawiyasi deyilki besidi

t.ədalət 2020-05-12 12:48:33

Bəzən ölüm xəbərini adamlar özü düzüb qoşur.Deyirlər ki,ölüm xəbəri çıxan adamlar,guya,çox yaşayır.

Ziyafət 2020-05-12 12:12:44

bu boyda həngəmələrdən sonra onun yaşamasının mənası var?Amma Ramiz Mehdiyevə uzun illər inanmaq və ölkəni bu hala salmaq da yaxşı hal olmayıb.in

Son yazılar