Seymur Həzinin işi: Məhərrəm Həsənov azadlığa buraxıldı

seymur heziOktyabrın 2-də Abşeron Rayon Məhkəməsi “Azadlıq” qəzetinin əməkdaşı, “Azərbaycan saatı” proqramının aparıcısı Seymur Həzinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxıb.

Seymur Həzi ev dustaqlığına buraxılmayıb. Ancaq eyni iş üzrə tutulmuş Məhərrəm Həsənovun ev dustaqlığına buraxılmaq barədə vəsatətinə müsbət cavab verilib. “Azadliq.info”nun məlumatına görə, Məhərrəm Həsənov azadlığa çıxıb.

Seymur Həzi avqustun 29-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində Bakı şəhər sakini Məhərrəm Həsənovla davaya görə tutulub. Abşeron Rayon Polis Şöbəsində Seymur Həziyə Cinayət Məcəlləsinin 221.3-cü (Silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Məhərrəm Həsənov isə Cinayət Məcəlləsinin 221.1-ci (Xuliqanlıq) maddəsi ilə ittiham olunur.

Seymur Həzinin müdafiəçiləri onun siyasi sifarişlə tutulduğunu iddia edir. 32 yaşlı Seymur Həzi BDU-nun şərqşünaslıq fakültəsini bitirib, AMEA-nın Fəlsəfə İnstitutunun aspiranturasında təhsil alıb. 2000-ci ildən AXCP-nin üzvüdür.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar