“Müsəlman dünyasını bombalamaq lazımdır”

“The Guardian” gizli sirrləri aşkar etdi: “Təkcə İŞİD-lə kifayətlənmək olmaz”

“Gəlin? bütövlükdə İslam Dünyasını bombardman edək. Əgər belə etsək? oralarda yaşayan insanları xilas etmiş olarıq”, - deyə “The Guardian” qəzetinin köşə yazarı Corc Monbio istehza ilə yazıb.

“Təkcə İŞİD-lə kifayətlənmək olmaz. Suriya hökuməti nə qədər insanları qırdı?”, köşə yazarı sual edir.

Bəs Qəzzada nə oldu? 2.100 fələstinli öldürüldü. Məktəblərdə, xəstəxanalarda, xüsusi sığınacaqlarda daldalanan insanlar belə, hava zərbələrinin qurbanı oldu. Bu insanların İsrailə qarşı hava hücumlarına başlamaq istəyinə biz nədən reaksiya vermədik?

Səudiyyə Ərəbistanında bu il 59 nəfəri edam ediblər. Əslində bu ölkə İŞİD-dən daha çox Qərbə təhlükə təşkil edir. Hələ 2009-cu ildə Hillari Klinton gizli məktubunda yazmışdı ki, Səudiyyə Ərəbistanı “əl-Qaidə”, Taliban və digər bu kimi terrorçu təşkilatlara maliyyə yardımı edir.

“Ötən həftə humanitar yardımla bağlı parlamentdə səslənmiş çıxışların arxasınca gedib, bütün Yaxın Şərqi yer üzündən silmək lazımdır. Qərbi Asiyanı da yerlə yeksan etməyimiz gərəkir. Bu yolla həmin ərazilərdə yaşayan insanların dərdlərinə, ağrılarına bir dəfəlik son vermək olar. Onların göz yaşlarını qurutmaq olar”, jurnalist eyni intonasiya ilə davam edir.

Yazar qeyd edir ki, ABŞ və Böyük Britaniya İŞİD hədəflərin bombalamağa başlayandan sonra bu terrorçu təşkilatın sıralarına 6 min adam qoşulub: “Onlar kəsdikləri başları telekamerallar qarşısında yellədirlər və onların bu hərəkəti sanki tələ kimi qırıcıları özünə cəlb edir. Elə bizim hökumət də kifayət qədər gerizəkalı olduğundan İÇİD-ın bu tələsinə düşdü və biz də İŞİD-ə qarşı qırıcıları işə saldıq”, Monbio yazır.

Nə qədər ki, bombalar İŞİD üzərinə yağır, Obamanın “ölüm şəbəkəsi” adlandırdığı təşkilat daha da güclənir: “ABŞ hökuməti hələ də 11 sentyabr terror aktı ilə bağlı sənədlərin üzərindəki qayət məxfi yarlığından imtina etmir, baxmayaraq ki, Obama bu məsələdə şəffaflığı təmin etməyə söz vermişdi. Senzuranın üzə çıxmağa imkan vermədiyi 28 vərəqdə Səudiyyə Ərəbistanın ABŞ-a görünməmiş terror hücumunda əli olduğu təsdiqlənir. 2004-cü ildə Britaniyada xüsusi iri həcmli dələduzluqla bağlı istintaq araşdırmaları sübut etdi ki, ölkəmizdə silah istehsal edən “BAE” şirkəti Səudiyyə Ərəbistanında nazirlərə və dəllallara iri məbləğdə rüşvət verib. Ancaq Böyük Britaniyanın keçmiş baş naziri Toni Bleyer istintaqa müdaxilə edərək, onu dayandırdı ”.

Ancaq məsələ təkcə bununla bitmədi : “Ötən həftə “Private Eye” satirik jurnalı telefon danışıqları ilə bağlı dosyeni gündəmə gətirdi, elektron yazışmaları ortaya qoydu və bildirdi ki, Britaniya şirkətlərindən biri Səudiyyə Ərəbistanının Milli Qvardiyasın Britaniya silahları ilə təmin etmək üçün 300 milyon funt sterlinq (haradasa 500 milyon euro) rüşvət veriblər”, jurnalist yazır.

“ABŞ və Böyük Britaniya tərəfindən Müsəlman Dünyasına istənilən hərbi müdaxilə yaxşı heç nə vəd etmir. Ancaq siyasi qərar var. Bu işdə bizim hökumət ikinci dərəcəli rolun ifaçısıdır. Biz effektiv dövlətlərin inkişafına yardım etməliyik. Ölümdən, terrordan uzaq olan ölkələrə kömək etmək gərəkir. Vətəndaş institutlarına üstünlük verənlərə dəstək versək, daha yaxşı olmazmı? Təhlükədə olan insanları təxliyə etmək, onlara humanitar yardım çatdırmaq daha məqsədə uyğun deyilmi”, köşə yazarı sual edir.

“Bundan başqa biz “ölüm şəbəkəsi” olan qrupları silahlandırmaqdan çəkinməliyik. Nə vaxt ki, bizim hərbçilər müsəlman torpaqlarına giriblər, oraları bombalayıblar, yerli insanların vəziyyəti daha da ağırlaşıb. Bizim hökumətin kütləvi müdaxiləsinə məruz qalan ərazilərdə insanlar terrordan və müharibədən daha çox əziyyət çəkirlər. Əlbəttə, bu təsadüfi deyil və ona görə də, təəccüblənməyə dəyməz”, deyə müəllif fikrini yekunlaşdırır.

Hələ də bizim siyasətçilər indiyə qədər olub, keçənlərdən bir şey öyrənə bilməyiblər. Onlar elə düşünürlər ki, daha çox öldürməklə dərinə kök atmış münaqişələri həll etmək olar. Onlar bombaları sehrli nağıllardakı parlaq işıq tozu kimi insanların başına səpələyirlər...  /musavat.com

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar