Oktyabrın 26-da Azərbaycan qış vaxtına keçəcək

Bununla da ölkədə yay vaxtı ləğv olunacaq

Oktyabrın 26-da Azərbaycanda saatlar bir saat geri çəkiləcək. Lent.az-ın məlumatına görə, Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir, qış vaxtına keçirilir. Hər il mart ayının son bazar günü isə əqrəblər bir saat qabağa çəkilməklə yay vaxtı tətbiq olunur.

Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.

Beləliklə, oktyabrın 26-da Azərbaycan ərazisində qış vaxtına keçiləcək. Həmin gün saat 05.00-da saatların əqrəbləri 1 saat geri çəkiləcək, bununla da, ölkə qış vaxtına keçəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar