PREZİDENT NAZİR MÜAVİNİ TƏYİN ETDİ - Bu nazirlikdə kadr təyinatları aparılıb + ADLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə İqtisadiyyat Nazirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə nazirliyin strukturuna daxil olan xidmətlərin əsasnamələri təsdiq edilib, həmçinin dövlət başçısının müvafiq sərəncamları ilə xidmətlərin fəaliyyətinin təmin edilməsi məqsədilə strukturların rəhbərliyində kadr təyinatları aparılıb.

Sərəncama əsasən Əliyev Elnur Aydın oğlu İqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Elnur Əliyev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyətinə 2005-ci ildə İqtisadi İnkişaf Nazirliyində başlayıb. Əmək fəaliyyəti dövründə müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə işləyib, 2017-ci ildən Vergilər nazirinin müşaviri vəzifəsində çalışıb. 36 yaşı var.

Ölkə başçısının digər sərəncamı ilə Nəzərli Orxan Faiq oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Dövlət Vergi Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Orxan Nəzərli iqtisadçıdır, əmək fəaliyyəti dövründə uzun müddət xarici audit şirkətində yüksək vəzifələrdə, sonrakı dövrdə dövlət qulluğunda çalışıb. Son təyinata qədər vergilər nazirinin müşaviri, Vergilər Nazirliyinin Milli Gəlirlər Baş İdarəsinin rəisi işləyib. Ölkə Prezidentinin sərəncamı ilə Orxan Nəzərliyə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı vardır.

Musayeva Samirə Fəxrəddin qızı Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Samirə Musayeva ixtisasca hüquqşünasdır. 2008-ci ildən vergi orqanlarında çalışır. Sonuncu iş yerində Vergilər Nazirliyinin Vergi siyasəti Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" III dərəcəli medal ilə təltif olunub. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Samirə Musayevaya 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib. 35 yaşı vardır.

Vəliyev İlkin Etibar oğlu Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

İlkin Vəliyev iqtisadçıdır, əmək fəaliyyətinə 2002-ci ildə vergi orqanlarında başlayıb və işlədiyi dövrdə müxtəlif rəhbər vəzifələr tutub. 2016-cı ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub. 39 yaşı vardır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə

Eynullayev Mətin Balasən oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edəcək.

Mətin Eynullayev ixtisasca hüquqşünasdır. Əmək fəaliyyəti dövründə uzun müddət dövlət qulluğunda müxtəlif yüksək vəzifələrdə çalışıb. 2018-ci ildə vergilər nazirinin müavini təyin edilib. 3-cü dərəcəli dövlət vergi xidməti müşaviridir. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 45 yaşı vardır.

Yusubov Elçin Mustafa oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Elçin Yusubov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. Son təyinata qədər Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin rəisi vəzifəsində çalışıb. 44 yaşı vardır.

Şahbazov Rüstəm Adıgözəl oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rüstəm Şahbazov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 56 yaşı vardır.

Cəlilov Rafiq Əsgər oğlu Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib.

Rafiq Cəlilov iqtisadçıdır, əmək fəaliyyəti dövrünün böyük hissəsini dövlət qulluğunda xidmət edib. 2006-cı ildən Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin, 2009-cu ildən Əmlak Məsələləri Dövlət Komitəsinin sədrinin müavini vəzifəsində çalışıb. 57 yaşı vardır.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti üzrə

Məmmədov Sahib Əli oğlu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinərəis müavini vəzifəsinə təyin edilib. O, həmçinin Xidmətin rəisi səlahiyyətlərini icra edəcək.

Sahib Məmmədov hüquq və iqtisadi təhsil alıb, müxtəlif beynəlxalq təşkilatlarda məsul vəzifələrdə, həmçinin dövlət qulluğunda çalışıb. 2014-cü ildən iqtisadiyyat və sənaye nazirinin müavini, 2016-cı ildən iqtisadiyyat nazirinin müavini təyin edilib. "Dövlət qulluğunda fərqlənməyə görə" medalı və "Tərəqqi" medalı ilə təltif olunub. 41 yaşı vardır.

635x100

Şərhlər

Сулейман 2020-05-15 13:30:51

Все эти люди очень порядочные.честные.Удачи Вам.

Arif 2020-05-14 18:20:37

Bu adam görəsən həqiqi hərbi xidmətdə olub?Haçan.hansı hissədə qulluq edib?

İqtisadçı 2020-05-14 18:18:26

İqtisadiyyat nazirliyi ölkənin iqtisadiyyatının təşkili.nizamlanması,geniçləndirilməsi,faydalı layihələrin həyata keçitilməsi və u kimi məsələlərləm məşğul olmalı nazirlikdir.Orada sadəcə kiçik bir hüquq şöbsinin olması yetərlidir.Hüquqşünasın nazir müavini kimi təyinatı məncə o nazirliyə fayda verə bilməz və yalnız volokita yaradılmasına səbəb olacaq.aüqfmsənaye,tikinti.

RZA 2020-05-14 13:40:05

Vətənə və Millitə xeyirli uğurlu olsun. Önəmli olan odur ki dövlətin çətin günlərində də sadiklərilə dövlətə millətə halqa alnıaçık xidmət etsinlər. Hər birinə tək tək müvəffəqiyyətlər arzu edirəm. Birdə Ali Baş Komandanın səsləndirdiyi sözləri heç bir təyin olunmuş gənc unutmasın. Dürüstlük, şəffaflıq, xalqa xidmət, ədalət – budur, prinsiplər! Bir daha deyirəm, əgər kimsə hələ də hesab edir ki, kimsə onlara kömək edəcək, səhv edir. Tutulan dövlət məmurlarının acı həyatını yaşamaq istəmirlərsə, düz yola qayıtsınlar"

Eko 2020-05-14 03:53:34

Esas odur ki , xalqi sevsinler !! Millete hôrmetle yanashsinlar) Bu xûsusiyetleri olmasa , Allah taala bellerinnen vuracaq !!

Seuid Ənhu 2020-05-14 01:23:27

HEÇ BİRİNƏ UĞUR ARZULAMIRAM. KRESLOYA OTURAN KİMİ XALQA DİVAN TUTMAÖA BAŞLAYACAQLAR. BUNLAR KİMLƏRİNSƏ QOHUM-ƏQRABALARIDIR. VƏ BÜTÜN SİRLƏRİ BİLƏN ADAMLARDIR.

Vətəndaş 2020-05-13 21:58:05

TAXTABITININ KOMANDASINDAN İKİ NƏFƏR VƏZİFƏDƏ QALDISA ORADA ŞƏFFAFLIQDAN SÖHBƏT GEDƏ BİLMƏZ.

Mahal 2020-05-13 21:47:41

Soruşan lazımdır onlar ordu sıralarında xidmət edib ya yox

Tofiq 2020-05-13 21:10:57

Inşallah, haram paralar sizi kor etməz, Vətənə və xalqımıza faydalı olarsınız. Sizə uğurlar

Mürsəl 2020-05-13 20:23:04

Bu təyinatdakl şəxslrpn neçəsi .... vəonlara qohum olanlardır?

t.ədalət 2020-05-13 19:40:20

Əsas odur ki,bu adamların Vətənin müdafiəsində,cəbhə xəttində xidmətləri varmı?Yoxsa,onlar da .... bənzəyəcəklər və yarıtmaz işləyəcəklər.Vətən üçün canını fəda edə bilməyənlərin Vətənə layiqincə xidmət edəcəyinə inanmaq səfehlikdir.

Kamil Həmidov 2020-05-13 19:30:11

Hər bir yeni təyin olunan kadrı təbrik edirəm. Vətənə və Xalqa faydalı olsunlar

İsmayıl 2020-05-13 19:07:19

Təbrik edirəm və Uğurlar arzulayıram.

Son yazılar