DÖVLƏT SƏRHƏD XİDMƏTİNİN RƏİS MÜAVİNİ HƏBS EDİLDİ – General Nağıyev kimdir?

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluğun Mətbuat xidmətləri birgə məlumat yayıb. DTX-nin İctimai əlaqələr şöbəsindən verilən məlumatda bildirilir:

"Məlumat verildiyi kimi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.

Faktla bağlı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində başlanılmış cinayət işi üzrə DSX-nin rəis müavini, general-leytenant Nağıyev Əfqan Vəli oğlu, DSX-nin yüksək rütbəli hərbi qulluqçuları və mülki şəxslər şübhəli şəxs qismində saxlanılıblar.

Hazırda araşdırmalar davam etdirilir. İctimaiyyətə əlavə məlumat veriləcək".


**

Qeyd edək ki, Əfqan Nağıyev barəsində dövrü mətbuatda yetərli məlumat olmasa da, onun uzun illərdir Sahil Mühafizəsinə nəzarət etdiyi dəqiqdir.

O, bu sahədə polkovnik-leytenant rütbəsindən general-leytanant rütbəsinə qədər yüksəlib. Ə. Nağıyev 2004-cü ildə polkovnik-leytenant ikən Sərhəd Qoşunlarının yaradılmasının 85-ci ildönümü münasibətilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

Əfqan Nağıyev növbəti dəfə 2008-ci ildə təltif edilib. Həmin vaxt polkovnik olan Nağıyev, Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü münasibətilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Ə.Nağıyev 1 il sonra isə Dövlət Sərhəd Xidməti əməkdaşlarının peşə bayramı günü mü­na­sibətilə “Vətən uğrunda” medalı ilə təltif olunub.

2012-ci ildə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi Əfqan Vəli oğlu Nağıyevə general-mayor rütbəsi verilib. O, 6 il sonra - 2018-ci ilin avqustunda general-leytenant hərbi rütbəsini alıb.

Xatırladaq ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi 2005-ci il 18 ferval tarixində Azərbaycan Prezidentinin sərəncamı ilə yaradılıb.

635x100

Şərhlər

Rubl 2020-05-21 20:17:07

Qde rubl qde nayditi menya rul

Lovara 2020-05-21 20:15:44

Allah qapsnı açsın

Makita 2020-05-15 22:21:53

Allah qapsnı açsın

Şəkili 2020-05-15 16:50:59

Şəki də olan acınacaqlı vəziyyət heç yerdə yoxdur ??? DTX -i sizi Şəkidə gözləyirik ??? Şəkinin İH, Kommunaxoz idarəsi, Bələdiyyəsi, Mədəniyyəti, Səhiyyəsi, Təhsili, Su idarəsi , Şəkidə aparılan Su və kanalizasiya işləri ilə məşğul olan şirkət, Melorasiyanın İdarələri və s...

Aqahüseyin Aqayev 2020-05-15 07:15:15

Əfqan müə-in Babası cox cətin bir dövürdə VƏLİ müə-i oxutdu 1940-1960-cı ildə ALİ təhsil aldı.rusiyada Elimlər DOKTORU adına layiq oldu.Cox təmiz pak kasıb bir oqlan iydi.Hayıf vaxtında əvvəl dünyasını dəyişdi.ALLAH rəhmət etsin.Onu yaxşı tanıyırdım cox hayıf onun ailəsində belə bir hadisə baş verib adamın inanmaqı ğəlmir.Yəqin Hüquq müh.orqanları araşdıracaq.Əminəm qarbanlıq olmaz.ALLAH QAPINI ACSIN OQUL.

ejder 2020-05-14 23:53:56

bahali el telefonlarda bir wekil ,zehg de,,MEN FEXR EDIREM KI,....

Rufet 2020-05-14 21:26:36

hebsxanalarda yeyinti bas alib gedir.dustaga 50 manat pul kecirtmekden otru elave 5 manat,koronavirus epidemiyasinnan qabag gorus alarken adam basina 10 manat,iceri girerken sened yoxlanisina 5 manat,sovqat yoxlanisina 5 manat nehayet dustagnan gorusub bir stekan cay icmek 5 manat.demek olar ki her defe dustagnan gorusub 50 manat dustaga vermemisden once mutleq 4,5 eded 5 manatlig olmalidir.yoxsa mumkunsuzdur.ay DTX gelin arawdirin da penitensiar xidmetin mualice muessesinde menim atam agir sekerden insultdan eziyyet cekir,sehheri son derece agirdir.tez tez koma veziyyetine dusur.ama karantinnen once sadaladigim bu pullar olmasa inanin ki atami gore bilmirem,veziyyetinen maraglana bilmirem.ancaq pul pul pul.

t.ədalət 2020-05-14 19:18:40

Həbs olunan bu adamı ali hərbi rütbəyə-general-leytenant rütbəsinə də bu hakimiyyət gətirib.Bir az da Xəzər gəmiçiliyi qurumuna əl gəzdirmək lazımdır.Oradakı yeyintilər və digər talançılıq daha çoxdur.

Son yazılar