PREZİDENT DAHA BİR İCRA BAŞÇISINI İŞDƏN ÇIXARTDI - Sərəncam

Prezident İlham Əliyev Nazim İsmayılovun Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamla Nazim Mehdi oğlu İsmayılov Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, N.İsmayılov 24 iyul 1952-ci ildə Göyçay rayonunun Kürdşaban kəndində anadan olub.

1991-1992-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini,1992-1994-cü illərdə Göyçay rayonu Xalq Deputatları Sovetinin sədr müavini, 1994-2001-ci illərdə Göyçay rayonu İcra Hakimiyyəti başçısının birinci müavini, 2001-2006-cı illərdə Göyçay rayonu İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı rayonu İcra Hakimiyyətinin başçısı, 2011-2019-ci illərdə Sabirabad rayonu İcra Hakimiyyətinin başçısı olub. 2019-cu ildən Saatlı rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışırdı.

635x100

Şərhlər

Mehdiyə 2020-05-21 21:59:26

Allah qoysa tutacaqlar...?

Yozmaçılara 2020-05-17 12:08:03

Bu şəxs Telman yox, N.İsmayılovdur və 1991ci ilə qədər işi açıqlanmayıb?

Binəqədi sakini 2020-05-16 18:27:52

Möhtərəm Prezident Binəqədini keçmiş İcra hakimi İskəndərovy yaddan çıxarmayın. O neçə il Binəqədi sakinlərinə qan uddurdu. Onun pulu hamısınınkından çoxdur. Binəqədidə o olan zaman açıq bazar idi. Hər kvadratın öz qiyməti vardır. Kim pul vermədə evini qoçuların uçurtdururdu

t.ədalət 2020-05-16 18:07:07

Bu adamın sərvətiniu daşımaq üçün bir neçə TİR maşını lazımdır.

dronqo 2020-05-16 16:59:13

bəs məmmədyarov?

Şəkidən 2020-05-16 16:44:23

Şəkinin İcra Başçısı Elxan Usubov 2011-ci ildən, onun 1-ci müavini Həsən Həsənov 1999-cu ildən, müavini Zərinə Cavadova 2005-ci ildən, Ərazi idarə etmə şöbəsinin müdiri Rəfail Mənəfov 1998-ci ildən, Hüquq Şöbəsinin müdiri ,ixtisasca tarixçi olan Əhmədiyə isə keçmiş ssri dönəmindən işləyir. Belə bir rayonda inkişaf olarmı ??? Şəkidə köklü kadr islahatlARI APARILMALIDIR...

Mehdi 2020-05-16 16:29:12

Bunu nə yaxsi tutmayib.lar?

Son yazılar