“AZƏRPOÇT”un XANIM ƏMƏKDAŞLARI SAXLANILDI - 55 min manat yoxa çıxdığına görə

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC-də oğurluq hadisəsi ilə bağlı saxlanılanlar var.

“Report”un xəbərinə görə, Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçt şöbəsində oğurluq hadisəsini törətməkdə şübhəli bilinən həmin şöbənin əməkdaşları - S.Ələkbərova, G.Tağıyeva və T.Vəliyeva müəyyən olunaraq tutulublar.

Faktla bağlı başlanmış cinayət işi üzrə şübhəli şəxslər ətrafında əməliyyat-axtarış, əməliyyat istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, hadisə şirkətin Qaradağ rayonu, Ələt qəsəbəsində yerləşən 81 saylı poçtunda qeydə alınıb. 

Belə ki, may ayında poçtda daxili audit yoxlaması zamanı 16 min ABŞ dolları (27 200 manat) və 28 min manat vəsaitin naməlum şəraitdə oğurlandığı üzə çıxıb. Daha sonra “Azərpoçt” bu barədə hüquq-mühafizə orqanlarına müraciət edib.

635x100

Şərhlər

Rabtəçi 2020-05-19 15:30:00

21,saylı poçtda 34000 min manat əskik olub

Vətəndaş 2020-05-18 23:02:22

Nə əcəb 21 saylı PŞnin rəisi Kərimov Fazildən 25000 azn yeyinti aşkarlananda onu tutmadılap?indi xımır xımır ödəyir.Fazilin ortağı heç bir savadı olmayan Qədirova Səbirə 21 saylı pşyə rəis təyin olunub..

Poctalyon 2020-05-18 19:52:49

Bunlarin hamisinin sebebi Azerpoctun bash direktoru Eminin yaritmaz idareciliyidi

Tahir 2020-05-18 12:41:46

Gender siyasətimizin ugurudur ki, arvadlarımız korrupsiya, ogurluq və sair sahələrdə də kişilərimizlə çiyin çiyinə vuruşmaqdadır.

məmmədqulu 2020-05-18 10:26:54

pah atonnan bir milyard deyil ki????

Son yazılar