"NƏDƏN İQTİSADİYYATI PİS GÜNƏ QOYDULAR?" - "Və nədən karantin hər yerdə ləğv edilir?!"

“Anlayan var bu işin məntiqini? Yəni, normal anlayan?”

Karantin rejiminin yumşaldılması və bunun Azərbaycandakı əks-sədası ilə bağlı müxtəlif fikirlər var.  Musavat.com xəbər verir ki, Real Partiyasının icra katibi Natiq Cəfərli mövcud durumla bağlı tərəddüdləri olduğunu bildirib.

Onun sözlərinə görə, hansı ölkənin ilk olaraq karantin tədbirlərinin məntiqsiz olduğunu etiraf edib öz vətəndaşlarından üzr istəyəcəyi sual yaradır:“Əgər bu virusun yayılma sürəti deyilən kimidirsə (hər yoluxan, azı 7-10 nəfərə virus yaydığı deyilir), o zaman indi karantin tədbirlərinin azaldılmasının mənası nədir?! Yəni, hər bir şəhərdə (bölgədə) 10 nəfər (lap az say götürək) virus daşıyıcısı qalacaqsa və karantin olmayacaqsa, həndəsi silsilə ilə həmin şəhərdə (və ya bölgədə) 1 aydan sonra hamı yoluxacaq axı?! Yaxşı, belədirsə nədən karantin hər yerdə ləğv edilir?! Yox, virusla yaşamaq mümkün idisə nədən karantin tədbirləri ilə dünya iqtisadiyyatını pis günə qoydular, nə səbəbə karantin rejiminə keçdilər?!”

N.Cəfərlinin sözlərinə görə, 2 ay öncə bütün dünyada karantininin tətbiq edilməsinin səbəbləri olub. Bu, xəstə sayının sürətlə artmamasına və səhiyyə sisteminin gərginlikdən qurtulmasına, reanimasiyada yerlərin tez dolmamasına hesablanmışdı: “Bunu anladıq, bəs axı indi də virus yerində, dərmanı yox, vaksini yox, xəstə sayı da çox – indi o zaman nədən karantin hər yerdə yumşaldılır?! Bu işin məntiqi nədir bəs o zaman?! Dolamısız insanları?! Düşündükcə daha çox cavabsız sullar yaranır, bəlkə mən nəyisə doğru anlamıram?! Anlayan var bu işin məntiqini?! Yəni, normal anlayan, Mason, çip zad söhbətini salmadan anlayan, anlada bilən varmı?! Belə çıxır ki, dünyada elə ən ağıllı rəhbər Lukaşenko imiş?!”

635x100

Şərhlər

GÜLTƏKİN 2020-05-22 20:56:17

Bu hökumət xalqı düşünəndi?TELEVİZORDA DEDİKLƏRİNİN HANSI HƏYATDA VAR?

Fazil 2020-05-22 13:46:44

Ölkə iqtisadiyyatını nə olduğunu anlamayanlar iqtisadiyyatla məşğul olanda belə də olmalıdır.

ejder 2020-05-19 23:10:25

AYE,ANALOQU OLMAYAN INKIWAFI HECE ETDIRMEK UCUN

Alı 2020-05-19 16:03:49

Dedikləri lap məntiqidir. Onda konspitrativ nəzəriyyəçilərin dediyi düzdür. Koronavirusla əlaqədar tədbirlərin əhalidən gizlədilən səbəbləri vat ki, onların xəstəliyə dəxli yoxdur?

t.ədalət 2020-05-18 19:04:59

...O ki qaldı sağlamlığın qorunmasına,dərmanlar od qiymətinədir.Müharibə əlili və şəkər xəstəsi kimi onu deyə bilərəm ki,hökumətin dərman satışını başlı-başına buraxması heç də indi deyilən,guya əhalinin sağlamlığına çalışırıq fikri ilə üst-üstə düşmür.

Son yazılar