KORONAVİRUSUN İKİNCİ DALĞASI BAŞLADI - 10 milyon əhalisi olan şəhər bağlandı

Çində koronavirusun yeni dalğası başlayıb. Çin hökuməti ölkənin şimal-şərqində 100 milyondan çox insana təhlükə törədə biləcək virusun yayıla bilməsi səbəbindən ciddi karantin tətbiq etmək məcburiyyətində qalıb.

“Bloomberg”in məlumatına görə, indiyə qədər bölgədə yalnız 34 yeni infeksiya qeydə alınıb. Lakin Çizilin əyalətində artıq məktəblər və nəqliyyat tam bağlanıb. Agentlik qeyd edir ki, bu, Çin hakimiyyətinin koronavirusun mümkün ikinci dalğasından qorxduğunu göstərir.

İddia olunur ki, təcili hazırlıqlar koronovirusun ikinci dalğasının daha ağır ola biləcəyini göstərir. Çin hakimiyyəti Şulan şəhərini tam mühasirəyə alıb. Vilayətə təcili hökumət komissiyası göndərilib. Çölə çıxmaq yasağı tətbiq edilmiş şəhərlərdə insanlara yemək almaq üçün iki gün ərzində yalnız bir dəfə evdən çıxmağa icazə verilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar