KÜTLƏVİ KORONAVİRUS TESTLƏRİLƏ BAĞLI XƏBƏRDARLIQ - “Ən mükəmməl test də səhv nəticə verə bilər”

“COVİD-19”-la bağlı kütləvi testllərin aparılması pandemiyanın yayılma səviyyəsinə dair səhv təfsirlərə səbəb ola bilər”. “AzPolitika.info” xəbər verir ki, elmi araşdırmalar və akademik birliklərin materiallarını dərc edən məşhur “The Conversation” dərgisində yayımlanan məqalədə belə deyilir. Məqalədə kütləvi şəkildə koronavirus testləri aparılmasının yaratdığı fəsadlardan söz açılır.

Həmin məqalənin müəllifləri olan epidemioloq Cennifer Maklahlan ilə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Benjamin Koui bildirirlər ki, test sayları çoxaldıqca, onlarda xətaların, səhv nəticələrin baş verməsi ehtimalı da artır.

“Ən mükəmməl test də səhv nəticə verə bilər”- deyə bildirən alimlər kütləvi testlərin insanlarda bir tərəfdən yersiz arxayınçılıq, digər tərəfdən isəəsassız narahatçılıq yarada biləcəyini vurğulayırlar vəəlavə edirlər ki, hər iki halda bu, ciddi təhlükə mənbəyidir.

Çünki kütləvi şəkildə test olunma səhv nəticələr verməklə yanaşı, öz ardınca səhv müalicəni də gətirmiş olur. Alimlər bildirirlər ki, səhv nəticələr insan faktoru və sistem səhvləriləəlaqəli olur.

Məsələn, laboratoriyalarda genetik materialın çirklənməsi ehtimalı olduqca yüksəkdir və buna dair faktlar az deyil. Hər bu cür hadisə isə böyük sayda insanla bağlı səhv analiz nəticələrinin ortaya çıxmasına şərait yaradır.

Alimlər hesab edirlər ki, xüsusilə koronavirus yoluxmasının yüksək olduğu toplumlarda səhv test nəticələri daha böyük təhlükəyə yol açır. Belə ki, bu zaman səhv nəticə səbəbindən sağlam olduğunu düşünən, əslində isə virus daşıyıcısı olan istənilən şəxs çoxlu sayda insanı yoluxdura bilər. Yaxud da əksinə, səhvən koronavirus diaqnozu qoyulan şəxsin əvvəlcə böyük psixoloji zərbə almaqla orqanizminə ziyan vurulur. 

Ehtiyac olmadığı halda karantin, yaxud müalicə dövrünü keçəndən sonra isə həmin şəxsdə artıq koronavirusdan sağaldığı, bədənində bu virusa qarşı antikorlar, yəni bir növ immunitet yarandığına dair səhv qənaət formalaşır. Bu da onun xəstəliklə bağlı gigiyenik normalara riayət etməməsinə, bütün tövsiyələri qulaqardına vurmasına və nəhayət gerçəkdən koronavirusa yoluxmasına, eləcə də digərlərini yoluxdurmasına səbəb olur.

Bir sözlə, alimlərin bu fikirlərindən belə qənaətə gəlinir ki, kütləvi koronavirus testləri faydası ilə bərabər böyük təhlükə mənbəyinə çevrilə bilər.

Xatırladaq ki, bundan öncə də koronavirus testlərinin səhv nəticələr verdiyinə, onların mükəmməllikdən uzaq olduğuna dair çoxlu sayda faktlar işıq üzü görüb. Və görünür, belə səhvlər indidən sonra da az olmayacaq. Ona görə də bir çox ölkələrdə belə testlər kütləvi şəkildə deyil, yalnız xəstəliyin əlamətləri müşahidə olunan şəxslərdə aparılır.

Tahir

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar