"BAKIDA CÜMHURİYYƏT LİDERLƏRİNƏ ABİDƏ QOYULMALIDIR" - Qənirə Paşayeva

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Milli Məclisdə erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularına Bakıda büst və ya heykəllərin qoyulması təklifi ilə çıxış edib.

"AzPolitika.info" xəbər verir ki, Q. Paşayeva bildirib ki, Ermənistanın indiki və sabiq rəhbərliyinin terroru və faşizmi dəstəkləyən əməlləri bir çox beynəlxalq təşkilatlarda Prezident tərəfindən yüksək səviyyədə ifşa olunub və olunmaqda davam edir: "Cənab Prezident Ermənistanın əvvəlki rəhbərliyinin alman faşizmi iləəməkdaşlıq edən Qaragen Nijdeyə qoyduğu heykəli Ermənistanın yeni rəhbərinin götürməməsini, tam əksinə bu heykəlin qoyulması ilə bağlı bəraətverici çıxışlarını faşizmi dəstəkləyən əməllər olmasını bütün beynəlxalq platformalarda geniş şəkildə ifşa etdi. Eyni zamanda Ermənistanın keçmiş rəhbərliyinin beynəlxalq terrorçu Monte Melkonyana qoyduğu heykəlin Ermənistanın yeni rəhbərliyi tərəfindən götürülməməsinin, tam əksinə dəstəklənməsinin onun beynəlxalq terrora verdiyi dəstəyin bir örnəyi olduğunu geniş ifşa etdi.Bundan sonra Ermənistanın baş naziri Nikol Paşinyanın babasının faşist Almaniyası ilə geniş əməkdaşlığı tarixi faktlarla sübut olundu və Ermənistan rəhbərliyinin iç üzü dünyada daha geniş şəkildə ifşa olundu. Bütün bunlardan sonra Ermənistan Cümhuriyyət tariximizə və Cümhuriyyət qurucularımlza qondarma erməni soyqırımı yalanları kimi yalanlarla hücumlara başlayıb".

Komitəs sədri qeyd edib ki, bu yalanlara dünyanın harasında doğulub və harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı, tarixçilərimiz, siyasətçilərimiz, diaspor təşkilatlarımız, mətbuat qurumlarımız fəal şəkildə cavab verməlidir. 

"Erməni yalanlarının ifşası üçün səfərbərliyimizi daha da artırıb həqiqətləri dünyaya daha geniş çatdırmalıyıq. Biz bu həqiqətləri hər yerdə geniş yaymalıyıq ki, Cümhuriyyət qurucularımızın bir hissəsi də məhz erməni terrorunun qurbanı olub, onlar tərəfindən qətlə yetiriliblər. Ermənilər Cümhuriyyət qurucularımızın qətlə yetirilməsi ilə bağlı bir siyahı hazırlayıblar. Baş nazirimiz, İstiqlal Bəyannaməsində imzası olan Fətəli Xan Xoyski, Parlamentin sədr müavini, İstiqlal Bəyannaməsində imzası olan Həsən bəy Ağayev Tiflisdə, Qarabağın qurucu xanı Pənahəli xanın nəticəsi olan Daxili İşlər nazirimiz Behbud xan Cavanşir İstanbulda erməni terrorunun qurbanı oldular, ermənilər tərəfindən xaincəsinə qətlə yetirildilər.

Bu böyük şəxsiyyətlərimizin ermənilər tərəfindən qətlə yetirilməsinin 100-cü il dönümü tamam olur. Çox yaxşı olardı ki, Bakının mərkəzi yerlərində erməni terrorunun qurbanı olan Cümhuriyyət qurucularımızın büstləri və ya heykəlləri qoyulsun və orada onların məhz erməni terrorunun qurbanı olduqları, ermənilər tərəfindən qətlə yetirilməsi qeyd olunsun. Bu ölkəmizə gələn çoxlu sayda insanlara həqiqətlərin, gerçəklərin daha geniş çatdırılması istiqamətində də vacib addım olardı"-deyə Qənirə Paşayeva vurğulayıb.

AzPolitika.info

635x100

Şərhlər

MədənKom Paşayevaya 2020-05-23 19:36:17

Abidənin yeri üçün bütün təkliffləri verin.

t.ədalətə 2020-05-22 16:23:50

Rusiya deyil, eyni ilə də Kremlə lövbər salmış anti-rusların təfriqəsidir!

TARIX 2020-05-20 09:47:26

HÖRMƏTLİ QƏNİRƏ XANIM BU BARƏDƏ BİZ COX CECİKMİŞİK.O BÖYÜK VƏTƏN FƏDAİLƏRİNİN BİZİM ÜSTÜMÜZDƏ BÖYÜK HAQLARI VAR.

Deputat Xanıma 2020-05-20 08:26:29

Xalq(Dem) dövlətçilərinə ABİDƏni çoxdan, elə AŞPAda andırmaq gərəkdi?

Eli 2020-05-19 22:41:01

Teklif idealdır Mence 26 Bakı kommisarları parkında bütün Cumhuriyyet liderlerine kompleks bir abide qoyulmalıdır Neden milletin düşmenlerine abidr qoyulmuşdu Niye illeti üçün canından. e her şeyinden keçenlere abide qoyul asın

Eli 2020-05-19 22:35:43

Teklif çox gözeldir Mence bütün Cümhuriyyet rehberlerine Bakının en möhteşem yerində abidə qoyulmalı

Eli 2020-05-19 22:32:59

Çox hermetli Qenire xanım çox düzgün v e ağıllı teklif ireli sürübMence tsm terror qurbanlarıns yox bütü. Cu huriyyet liderlerıne Bakının en mögte

t.ədalət 2020-05-19 22:11:16

M.Ə.Rəsulzadəyə abidə qoyulmasını imkan verməyə Rusiyameyilli məmurlardır. Əlbəttə,rus istilasının tərənnümçüsü Puşkinə heykəlin qoyulması da doğru deyil...

t.ədalət 2020-05-19 21:45:44

Bakıda olan bütün terror hadisələri Rusiyanın əli ilə törədilib.Odur ki,erməni terroru deyəndə Rusiyanı yaddan çıxarmaq doğru deyil.

Son yazılar