NAZİR POLİS RƏİSİNİ İŞDƏN ÇIXARDI - Sərəncama göndərdi

Bakı Metropoliteni polis idarəsinin rəisi, polkovnik Samir Hüseynov vəzifəsindən uzaqlaşdırılıb. Bu haqda Oxu.az-a hüquq-mühafizə orqanından məlumat verilib.

Mayın 19-da Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə S.Hüseynov sərəncama göndərilib. Hələlik bu vəzifəyə heç kim təyin olunmayıb.

S.Hüseynov son beş ildə metroda asayişin qorunması işlərinə rəhbərlik edib. Bundan əvvəl o, Yasamal Rayon Polis İdarəsində rəis müavini vəzifəsində çalışıb.

635x100

Şərhlər

Qadir 2020-05-23 19:11:22

Bəs səbəb? Əgər səbəb yoxsa niyə çıxarılıb?Yox,səbəb varsa onda niyə sərəncama göndərilir?İ.ddən çıxarma səbəbi də göstərilməlidir ki,məlumat tam anlaşılsın.z'

t.ədalət 2020-05-20 17:12:51

Bəlkə də indiyədək olan Daxili İşlər nazirlərinin ən yaxşısı V.Eyvazovdur.Ramil Usubov daha çox Bəylər Əyyubovun qohum-əqrəbası ilə işləyirdi.

Son yazılar