İki icra başçısı, bir dövlət komitəsindən şikayət - Məcburi köçkün Prezidentə üz tutdu + Fotolar

"Mənim 26 yaşım var, 1992-ci il tarixdə Laçın rayonu ermənilər tərəfindən işğal olandan sonra valideyinlərim Zərdab rayonunun Böyük Dəkkə kəndində məskunlaşıblar. Burada atam və anam xəstəliklərə düçar oldular, maddi imkansızlıqdan müalicə etdirə bilmədik deyə vəfat etdilər".

Bu sözləri "AzPolitika.info" saytı vasitəsi ilə Prezident İlham Əliyevə, Birinci Vitse-prezident Mehriban Əliyevaya müraciətində Laçın rayonunun Alxaslı kənd sakini, Zərdab rayonunun Böyük Dəkkə kəndində məskunlaşmış məcburi köçkün Rzayev Nahid Zahid oğlu bildirib.

Nahid Rzayev heç bir yerdə işləmədiyini, subay olduğunu və qarğıdan düzəldilmiş komada yaşamağa məcbur qaldığnı yazır: "Hansı ki, bu "evdə" heç heyvan da saxlamaq olmaz. Məskunlaşdığımız kənddə atam ev inşa etdirmək istəyirdi, amma xəstəliyə düçar oldu deyə yarımçıq qaldı. Daha sonra anam xəstələndi, onu da müalicə etdirə bilmədik. Hə ikisi vəfat etdi. İndi kimsəsiz halda qarğı damda qalmışam".

Şikayətçi deyir ki, məcburi köçkünlər üçün verilən çörək pulunu qanunsuz olaraq dayandırıblar

"Nə işim var, nə evim, acınacaqlı durumda yaşayıram. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə, Laçın rayon icra hakimiyyəti başçıs Aqil Nəzərliyə və Zərdabın icra başçısı Mərdan Camalova müraciət etsəm də, mənə köməklik göstərmirlər. Hətta məni məcburi köçkünlərə dövlət tərəfindən inşa edilib paylanılan mənzillə də təmin etmirlər"- deyə Nahid Rzayev müraciətində bildirir. 

Məcburi köçkün ölkə rəhbərliyindəın yarımçıq qalmış evlərinin tikilməsinə yardım göstərilməsini xahiş edir.

AzPolitika.info



635x100

Şərhlər

xalq 2020-05-20 16:04:29

xahiş edirik Rzayev Nahidə evlə təminatda köməklik edilsin!

Bakir Qarabağlı 2020-05-20 13:29:17

Belə həqiqi hesab və 2-ci nəsillə Qarabağ köçgünləri 2 milyondan çox olmalı?

Son yazılar