OĞULLUĞUNDAN KEÇMİŞ DEPUTATA ŞOK İTTİHAMLAR - "Evimi ələ keçirdi..." + FOTOLAR

"Mən, keçmiş deputat Cahangir Hüseynovdan atamın mənə miras kimi qoyduğu evimi tələb edirəm. O, anam Aygün Hüseynova ilə əlbir olaraq müalicəmə sərf olunacağı bəhanəsi ilə Bakı şəhəri, Q.Ələsgərov küçəsi bina 11, mənzil 3 ünvanında yerləşən evimi ələ keçiriblər".

Bunları "AzPolitika.info"-ya müraciət edən İbrahim Hüseynov bildirib.

Şikayətçi qeyd edib ki, atası İlqar Əliyev MDB məkanında tanınmış iş adamlarından biri olub. 2012-ci ildə Moskva şəhərində sui-qəsd nəticəsində qətlə yetirilib.

Anası Aygün Hüseynova uzun müddət əvvəl ondan boşanıb və 2002-ci ildə keçmiş deputat Cahangir Hüseynovla ailə qurub: "O, soyadını mənə verib. Uzun müddət ailədə doğma atam İlqar Əliyevin pis adam olduğu, kriminal fəaliyyətlə məşğul olduğu barədə mənə yanlış fikirlər aşılanıb. Halbuki, sonradan onun dostlarından, qohumlarımdan, ögey qardaşlarımdan öyrəndim ki, bütün bunlar yalandır. Atam çox nüfuzlu, xeyirxah, böyük əlaqələri, biznesi olan iş adamı kimi fəaliyyət göstərib. 2009-cu ildə atam məni görməyə gələrkən, məni ondan gizlədiblər".

İ.Hüseynovun sözlərinə görə, atasının ona miras qoyduğu evi ələ keçirmək üçün onun ağır xəstə olması barədə müvafiq qurumlardan saxta rəy alınıb: "Belə əsaslandırıblar ki, mənə miras qalan ev satılaraq bir hissəsi müalicəmə sərf olunmalı, qalan hissəsinə isə kiçik mənzil alınaraq mənə verilməli idi. Amma bunların heç biri baş verməyib. Anam və atalığım onu sataraq pulunu ələ keçiriblər".

İbrahim Hüseynov deyir ki, onun nevroloji ağır xəstə kimi təqdim olunması tamamilə cəfəngiyyatdır: "Mən həqiqi hərbi xidmətdə olmuşam, aprel döyüşlərinin iştirakçısıyam. Xidməti-döyüş fəaliyyətində əldə etdiyim nailiyyətlərimə görə 15-ə qədər fəxri fərmanla, döş nişanı ilə təltif olunmuşam. Sizcə, iddia olunduğu kimi xəstə olan adamı orduya, ön xəttə apararlarmı?! Təkcə bu fakt mənə qarşı iddiaların necə cəfəng, yalan olduğunu göstərir”.

Şikayətçi deyir ki, Cahangir Hüseynov hüquq-mühafizə orqanlarındakı əlaqələrindən istifadə edib onu təzyiq altında saxlayır və müxtəlif hədə-qorxular gəlir: "Mənzə zəng edib hədələyir, ünvanıma nalayiq ifadələr işlədir. Yaşadığım ünvana polis əməkdaşları gəlir, qohumlarıma qarşı müxtəlif təzyiqlər edilir. Mən, açığı, ondan qorxuram, kifayət qədər böyük maliyyə imkanları, əlaqələri var, mənə şər atdırıb hər an həbs etdirə bilər".

Hazırda kirayədə, maddi məhrumiyyətlər içərisində yaşadığını deyən İbrahim Hüseynov, başına gələnlərdə anasını da suçlayıb: "Anam Aygün Hüseynova, gərək, öz doğma balasına qarşı belə şeylərə yol verməzdi, mənə dəstək olardı. Mən ondan nə mənəvi, nə də başqa bir dəstək görmürəm, bu çox acınacaqlıdır".

Şikayətçi sonda "AzPolitika.info" vasitəsilə ölkə Prezidenti İlham Əliyevə, Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edərək, onlardan kömək istəyib. O, ölkə rəhbərliyindən xahiş edir ki, keçmiş deputat, atalığı Cahangir Hüseynovun təzyiqlərinə son qoyulsun.

Şikayətdə qeyd olunan ittihamlarla bağlı Cahangir Hüseynovun da mövqeyini işıqlandırmağa hazırıq.

AzPolitika.info 




635x100

Şərhlər

Nermin Ulker 2020-05-25 13:12:21

Ibrahime Azadlıq isdeyirik o nahaq yerə orada yatır Bu oyunlar bizi boğaza yigib mən xanım olaraq burdan deyirem ki, adam belə etməz

Akif Veliyev 2020-05-25 13:10:41

Cahangir əgər haqqli idisə burda yazilanlar yalandır sa cahangir İbrahimi niye tutdurub? İbrahim hal hazırda Sabunçu rayon polis idaresindedi. Allah onun köməyi olsun Allah qapısın açsın Qardasimizin

Gunel Hasanova 2020-05-23 17:23:08

Cahangirin yoldaşı çoxlu adamnan borc götürüb gaytarmayıb. İndi cahangir onun borclarını gaytarır. Cahngir özü Aygünü bir neçə dəfə polisə verib

Əli 2020-05-23 00:30:53

Sanin ata adin bas niya İlqardi bas bu neca ataliğa götürməkdi hechnə anlamadim

Namiq Aliyev 2020-05-22 16:59:36

Ibrahim hal hazirda Sabunçu rayon polis idarəsində atalığı cahangirin ərizəsi əsasında sahlanılıb

Tanish 2020-05-22 05:04:25

Zaten bunun ....Goresen Eliyevi bele mudafesinin axirinda ne dururdu, yeqinki, choxlu pul-mall qazanmaq, etdiyi cinayetlerden gorunmaq uchun zontik lazim idi buna. Atasida sudya olub ve ozunun savadli olmasi ile fexr edirdi.

Həsən M 2020-05-22 00:53:33

İbrahimin atası İlgar Cəbrayılov Rusiyada kriminal aləmdə tanınmış adam olub. Ded Xasanin köməkçisi olub. Bir necə il öncə qətlə yetirilib.

Samir Vəliyev 2020-05-22 00:49:23

Ibrahimin anasi aygün cahangirin 2-ci yoldaşıdı.... Neca ana olasan ki, öz doğma oğluvu küçəyə atasan... i

Mansur Guliyev 2020-05-21 22:45:05

Ay cahangir buda sənə məkan mtk oldu? Öz soyadıvı vermisən ona indi əziyyət cək atalıg elə.

Tural Memmedov 2020-05-21 19:53:32

sen ne yalan deyirsen ay oglan. eskerlikde bir xidmet eləmişik, 2 defede eskerlikdən gaçdın utanmirsan?

Hecer 2020-05-21 15:06:57

Men bu oglani yaxindan taniyiram, bu oglan saf oz haqlarini mudafide elemeyi bacarmayan oglandi, ona gore ailesi ondan istifade edib.tesevvur edinki colde heyvanlara yem alib verir, bele bir oglan nece pis ola bilerki? Haqqinda yazilan pis reylere inanmayin.

Arif Poladov 2020-05-21 14:37:57

İbrahimin atası İlgar Cəbrayilov Ded-Xasanln köməkçisi olub. ....

Galib Heydarov 2020-05-21 14:09:27

Ay ibrahim, bes senin anan Aygunxanım Cahangirin ailasini dagidanda bilmirdiz sonu belə olacaq

R.Ruşanzadə. 2020-05-21 12:22:30

Hörmətli həmvətənlər! Bu problem məni çox narahat etdi... Burada nəisə qeyri-dəqiqlik var... Həmin ailəni yaxından tanıyan bir şəxs olaraq həqiqət naminə (öz müşahidəmi) deyə bilərəm ki, Cahangir müəllim ona həmişə diqqətlə yanaşıb,doğma kimi qayğı göstərib. Güman etmirəm ki, Cahangir müəllimin İbrahimin (atasının və ya özünün) hansısa mülkiyyətinə ehtiyacı ola, yaxud da (yuxarıda deyildiyi kimi) mənimsəmə fikri ola. Hazırkı münasibətlərin belə həddə olması təəssf doğurur.

R.Ruşanzadə. 2020-05-21 11:40:24

Hörmətli həmvətənlər!

Ibrahim Huseynov 2020-05-21 11:21:59

Qiymetsiz adamlar qazanir qiyməti pulnan hörmətsiz adamlar qazanır hörməti pulnan!

Fərid 2020-05-21 09:45:50

məndə bu ailəni şox yaxından taniyiram və 100 faiz burda yazılanlar yalandır.Sadəcə belə insanlar var ki özləri bu hayatda hechnaya nail ola bilmirlər nə təhsil alırlar nə işləmək istəmirlər ancaq Cahangir kimilərdən sui istifadə etmək istəyirlər. Əvvəla İbrahimə sualım var ibrahim sanin atan İlqar.... belə yaxşı insan olubsa səni atıb getməzdi və bir dəfədə olsa sani nə axtarib nədə maraqlanıb .ikincisi hamiya məlumdur ki Cahangirin 1 yox 5 ev almaq imkanı var sənə ama sual verirəm niya almir niya san o evdə qala bilmirsən? Çünki sən çörəyi dizi üstə olan birisən cünki sən....

Azer 2020-05-21 03:05:31

Bu Cahangiri basa dusduk, yaddir, Bes bu anaya ne deyesen?

Orxan Alqamayev 2020-05-21 00:02:50

Mən Cahangir bəyin bağ evində olmusam 2014 cu illərdə və İbrahim lə bağ evində tanış olmuşam o ağlı başında savadlı tərbiyəli bir fəal gencdir o hecne isdemir o sadexe öz haqqını isdeyir burdan üzümü Cahangir bəyə tutub səslənirəm o biri dünyada cəhənnəm ayəsində əzab çəkib yanmaq ısdemirsen sə ogulugunun evini ver halalas bu dünyanın o biri tərəfdə var!

Meryem Mahmudova 2020-05-20 23:53:57

Cahangir Hüseynov Oğlunu yaxın qohumlarını öz bacısı oğlunun səfinə görə qurban verdi az yaşlı oğlu oldu özüdə yaralandi ailəsi dağıldı Nə üçün? Qeyd etdiyim kimi Bacısı oğlunun səfləri ucbatından amma o mövzunu tamamilə siyasilesdirib və guya Heyder eliyevın tərəfini saxladığı üçün ona suiqest olunub . ...

Orxan Qoca 2020-05-20 22:44:21

MƏn bu aileni yaxşı tanıyıram İbrahimin bu hərəkəti şəxsən mənə ləzzət elədi burda qeyd olunmuyub amma Cahangir onun başına oyunlar açıb hətda hall hazırda Cahangir onu neylese tutdurmaq və başına oyun açmaq isdeyir

Aytən Pasayeva 2020-05-20 22:38:01

Cahangir Hüseynov öz siyasseti uğruna oğlunu və yaxınlarını qurban vermiş yazıq adamdir, onu tanıyan bilir ki o necə birisidir.

Rəşad 2020-05-20 22:23:04

Əgər yazılanlar düzdürsə oğlan niyə məhkəməyə müraciət etmir ki

Nemet Rehimov 2020-05-20 22:12:27

Millionu var, uşağı goturmusen axıra kimi sahiblen ki bu cavan oğlanda belə etməsin. Nə edirsə haqqına edir.

Emin 2020-05-20 21:39:46

Cahangir müəllimin bu cür davranmasına inana bilmirəm. Çox guman bilmədiyimiz hadisənin pərdə arxası məqamları da var. Ümid edirəm ki, tezliklə vəziyyət düzələr

İlkin Mirzayev 2020-05-20 21:24:28

O hər zaman kiminsə haqqını taptaliyib pulunu yeyib onda zərrə qədər insanlıq yoxdur! !!

Azər M. 2020-05-20 19:54:32

Bu Cahangir Hüseynovu yaxşı tanıyıram, çox tamahkar, hiyləgər, natəmiz adamdır

Son yazılar