Azərbaycan “Firəvanlıq” indeksinə görə 142 ölkə arasında 81-cidir

Azərbaycan qlobal “Firəvanlıq” indeksinə görə 142 ölkə arasında 81-cidir.

Bu barədə Legatum İnstitutunun illik hesabatında bildirilir.

Azərbaycanın qonşuları Gürcüstan siyahıda 84, Ermənistan, 95, Rusiya 61, İran isə 101-ci yerdə gəlir.

Azərbaycan ötən ilki hesabatda 94-cü pillədə gəlirdi.

Bu ilki hesabatda ən firəvan ölkə Norveçdir. Ondan sonra İsveçrə, Kanada, İsveç, Yeni Zelandiya, və Danimarka gəlir.

Hesabat son 5 ildə ümumilikdə dünyada firəvanlığın artdığını göstərir.Bura xüsusilə işgüzarlıq, səhiyyə və təhsil sahələri daxildir.

Legatum institu “Qlobal firəvanlıq indeksi”ni hər il açıqlayır və burda iqtisadiyyat, təhsil, işgüzarlıq, idarəçilik, səhiyyə, şəxsi azadlıq, təhlükəsialik və sosial kapital kimi müxtəlif sahələrdə araşdırmalar aparılır.

Böyük təbii sərvətlərə malik Azərbaycanın qlobal “Firəvanlıq” indeksinə görə hec bir 142 ölkə arasında 81-ci yerdə qərarlaşması, üstəlik heç bir sərvəti olmayan Gürcüstan və Ermənistanla qonşu olmasının səbəbi şübhəsiz ki, ölkədəki korrupsiryadır. Kiçik bir qrupun SƏRVƏTLƏRİ MƏNİMSƏMƏSİ MİLYONLARLA AİLƏNİ FİRAVAN HƏYATDAN MƏHRUM EDİB.

Vaqif

AzPoliyika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar