RÜSTƏM USUBOV İSTEFAYA GÖNDƏRİLDİ – Yeni birinci müavin təyin olundu (Yeniləndi)

Baş prokurorun birinci müavini Rüstəm Usubovun istefaya göndərildiyi barədə məlumatlar təsdiqlənib. 

"AzPolitika" Baş prokurorun yeni birinci müavinin kimliyini də dəqiqləşdirib. Bu  vəzifəyə hazırda Lənkəran rayon prokuroru vəzifəsini daşıyan Məmmədov Elçin Məmmədbağır oğlu təyin olunub. 

***

Kamran Əliyevin Baş prokuror vəzifəsinə təyinatından sonra prokurorluq orqanlarında çoxdandır gözlənilən islahatlara start verilib.

Məlum olduğu kimi, yeni Baş prokuror artıq xeyli sayda yüksək vəzifəli şəxsi, o cümlədən “toxunulmaz” statuslu rayon prokurorlarını işindən uzaqlaşdırıb, onların yerinə yeni təyinatlar həyata keçirib. Kadr islahatları həm rayon prokurorluqlarını, həm də Baş prokurorluğun özünü əhatə edir. K.Əliyev Zakir Qaralovun vaxtından qalan Baş prokuror köməkçilərini də vəzifələrindən uzaqlaşdırıb, onları başqa vəzifələrə keçirib.

Prokurorluq orqanlarında kadr islahatları davam edir, demək olar ki, hər gün yeni təyinatlar, vəzifədən uzaqlaşdırmalarla bağlı rəsmi məlumatlar verilir.

Bu prosesdə ən diqqətçəkən, maraqla gözlənilən məsələ isə 15 ildir Baş prokurorun birinci müavini postunu tutan 66 yaşlı Rüstəm Usubovun da vəzifəsindən uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağıdır. Əksəriyyətin fikri bundan ibarətdir ki, R.Usubov istefaya göndərilmədən Baş Prokurorluqda başlayan islahat prosesini məntiqi sonluğuna çatdırmaq mümkün deyil.

“AzPolitika.info”-ya daxil olan məlumata görə, Rüstəm Usubovun istefaya göndərilməsi məsələsi də artıq həll olunub. Yeni Baş prokuror Rüstəm Usubovla işləmək fikrində deyil, çox böyük ehtimalla, o, yaxın günlərdə vəzifəsindən uzaqlaşdırılacaq. Hətta bəzi mənbələr bu qərarın yaxın bir-iki gündə elan olunacağını da iddia edirlər.

Rüstəm Usubovun tərcümeyi-halı

Rüstəm Sabir oğlu Usubov - Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, ll dərəcəli dövlət ədliyyə müşaviri.

1954-cü il oktyabrın 4-də Gəncə şəhərində anadan olub. 1982-ci ildə Tomsk Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Rusiya Federasiyası prokurorluq orqanlarında müxtəlif vəzifələrdə işləyib, 1985-ci ildə Azərbaycan Respublikasının prokurorluq orqanlarına işə qəbul olunaraq Bakı Şəhər Prokurorluğunun boyük müstəntiqi, Respublika Prokurorluğunun İstintaq idarəsinin prokuroru, Bas prokurorun yanında xüsusilə mühüm işlər uzrə müstəntiqi, boyük müstəntiqi, Respublika Prokurorluğu İstintaq idarəsinin 1-ci istintaq şöbəsinin rəisi, həmin idarənin Xüsusilə təhlükəli cinayətlərin istintaqı şöbəsinin rəisi, Bakı şəhər prokurorluğunun İstintaq şöbəsinin rəisi, Bakı şəhəri Xətai rayon prokuroru, Hərbi prokurorluğun İstintaq idarəsinin prokuror-kriminalisti, Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi vəzifələrində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 12 avqust 2005-ci il tarixli Sərəncamı Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini təyin edilib.

R.Usubovun adı bir sıra qalmaqallı hadisələrdə, o cümlədən Hacı Məmmədovun işində hallanıb.

“AzPolitika”

635x100

Şərhlər

Jurnalist 2020-05-24 20:58:12

Şəkinin icra başçısı da özünə sərvət toplayıb... - SİYAHI Tarix: 20-05-2020, 08:31 | Çap et Şəkinin icra başçısı da özünə sərvət toplayıb... Jurnalist Həbib Müntəzir Şəkinin icra başçısı Elxan Usubovun varidatının siyahısını paylaşıb. “Yeni Sabah” xəbər verir ki, jurnalist 14 ildir icra başçısı olan Elxan Usubovun Şəkidə bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələrinin olduğunu da bildirib: Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında xidməti mənzil Şəkidə 5 ədəd dəbdəbəli malikanəsi Şəkidəki süd zavodu Şəkidəki “Sünbül” çörəkbişirmə sexi Şəkidə M.F.Axundov prospektində yerləşən “Şəki” hoteli Şəkinin Kiş kəndindəki “Narınqala” hoteli Şəkinin Kiş kəndində “Şam bağı” hoteli Kiş kəndində “Cənnət bağı” hoteli Dağüstü park deyilən yerdəki “Panaroma” hoteli Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri Ağstafada bir malikanə Gürcüstanda böyük fındıq zavodu ”CHEMİCO CO LTD” MMC şirkəti ”A.Q.T.İ.M.” MMC şirkəti (gips, mala və əhəng istehsalı) Şəkinin icra başçısı da özünə sərvət toplayıb... 0

Jurnalist 2020-05-22 23:52:07

Junalist Həbib Müntəzir ötən gün Baş Prokurorun müavini vəzifəsindən çıxarılan Rüstəm Usubovun sərvətinin siyahısını yayıb. Həmin siyahını təqdim edir: Nəsimi rayonu, Bülbül Prospekti, ev 65C ünvanında bir neçə mənzilləri, Mərdəkanda hərəsi 10 milyon dəyərində yan-yana 4 villa, 28 may küçəsində 4 otaqli mənzil, Naxçıvanidə 4 otaqli mənzil, Səməd Vurğun küçəsində bir blokda 3 ədəd mənzil, Yasamalda 3 yeni mənzil, İçəri Şəhər metrosu yaxınlığında 2 yeni mənzil 12 ədəd hərəsinin dəyəri iki yüz minlik mənzil Neftçilərdə Xəzər universitetinin yanında yeni tikili 4 bina Xalqlar dostluğunda yeni tikilir 2 bina D. Bünyadzadə küçəsində Xəmirçi Təndirxana və Market Onun yaxınlığında Ət dükanları, Yasamalda, D.Bünyadzadə küçəsində "Səbət" kafesi, Yeni Yasamaldakı Şakoroll restoranı, Tikinti materialları dükanı, "Elit" kişi salonu, Yasamalda bir aptek, Böyük Alman malları dükanı, Gəncə məhsulları adında dükan şəbəkələri, 9-cu Mikrarayonda Karaoke kafesi, Ayna Soltanova heykəlinin arxasında "Oazis Lido" restoranları. Moskvada bir bağ evi Fransada mənzil. 3 qızı var: Humay, Nərmin və Nəzrin Usubovlar. Humay göz həkimidir, öz klinikası var. Humayın Ayna Soltanovada Hoteli, "Təzə Bazar"la üzbəüz binada hərəsi 4 yüz min manatlıq 2 mənzili, Hüseyn Cavid prospektində Mirvari Park kompleksində 2 ədəd hərəsi 1 milyon dəyərində mənzil, 9 cu mikrarayonda 3 mərtəbəli çay evi, 4 avtomobil Land Cruser, Audi, BMW, Mercedes Maybach. Nərmin diş həkimidir, öz klinikası var. Nərminin Təzə bəy hamamının yanında yeni tikilidə qiyməti 1.5 milyon olan 2 mənzil, Hüseyn Cavid prospektində Mirvari Park yaşayış kompleksində 2 ədəd dəyəri 1 milyon olan 2 mənzil, Rəşid Behbudov prospektində Xarici dillər universitetinin yanında 2 mənzil hərəsinin dəyərləri 1 milyon, Türkiyə Bodrumda mənzil, Almaniyada mənzil, Mərdəkanda 2 ədəd hərəsinin dəyəri 5 milyon olan iki villa, 3 avtomobil: Lexus markalı 005 nömrəli, Maseratti, BMW. Nəzrin hüquqşünasdır məhkəmədə işləyir. Nəzrin oğlunun adını Rüstəm qoyub və varis elan olunub, o biri qızlarının nəyi varsa bu qızın əmlak və biznesi dəfələrlə artıqdır. Üstəlik yoldaşı da eks nazir Yavər Camalovun bacısı oğludur. Həyat yoldaşı Kəmalə Usubova milyonlarla dəyərində antik qızıl və brilliant kolleksiyaçısıdır. Kürəkəni Nəsimi rayon, 20-ci Polis Bölməsinin rəisi mayor Vüqar Abdullayev. İkinci kürəkəni Üveysi İsmayılov Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin müavinidir. Ölkədə mərmər monopoliyasına nəzarət edir. Qardaşı Üzeyir İsmayılov Müdafiə Sənayesi nazirliyinin aparat rəhbəri. Kiçik kürəkəni Zaur vergilərdə audit şöbəsinin rəisidir. Bütün əmlakları və biznesləri qayınları Abdinov Emin və Abdinov Fuad Alim oğlanlarının adlarına rəsmiləşdirilib. Qaynı Abidinov Eminin "DƏNİZ EA” MMC şirkəti var. Maşın kolleksiyası: Lexus RX Premium Jeep 011, 005 nömrəli, 002 nömrəli Mercedes-Benz GL, 2 ədəd Land Cruser markalı avtomobil, Panamera Porshe markalı avtomobil, Mercedes-Benz S-Klas markalı avtomobil, Kürəkəni Üveysinin Gelandewagen 6.3 motorlu, Dubayda şeyxlər üçün yığılma avtomobili var.

Aktif 2020-05-22 23:46:42

Bəs əmisi oğlu Şəki icra hakimiyyətinin başçısı Elxan Usubov nə vaxt işdən azad olunacaq ?

həsən 2020-05-22 18:28:38

mənim sizin çapınıza ehtiyacçm yoxdur, cadəcə mən olanı yazdım, yazıq azərbaycan gör mətbuatın nə gündədir, 7 dənə ağlaş aparan qaraqoyunlu arvadı lazımdır ki, qarşısına qoyub ağlaya

həsən 2020-05-22 18:14:50

çox gec verilmiş sərəncamdır, yığdığını, yığıb, dərdiyini dərib, bu gün onun mülklərinin siyahısı mətbuatda dərc olub, baxanda adamı vahimə basır, görəsən hansı pulla alıb bu mülkləri, müavinin bu qədər mülkü varsa, gör qaralavun mülkü nə qədərdir

Şəkidən 2020-05-21 18:00:44

Şəki inkişafa qədəm qoyacaq.......???

ejder 2020-05-21 15:09:10

GET YAWARIN YANINA,GENERAL YERI COXDUR

Cəmşid Dərələyəzli 2020-05-21 15:05:26

Yaxşı olar ki, Usubovun keçmiş əməlləri təhlil olunsun və hüuqi qiymət verilsin. Xüsusən də imzaladığı "ittiham" aktlarına görə.

Mubariz 2020-05-21 12:58:28

Dəyişən nəsə də olacaq ,əvvələr İH -ə başçıları məmur oğrular təyin etdirirdi ,dedilər islahatdır ,indikilər kimdir ,BŞİH başcısının gohumları , Energetika nazirinin qohumu ,sadalamaqnan qurtarmır . Bura da elə ,Əli getdi Vəli gəldi ,Sistem dəyişməsə ,toplananların yerini dəyişsələrdə ,cəm dəyişməyəcək

Cəmşid Dərələyəzli 2020-05-21 09:50:01

İnanırıq ki, Ölkə Başçısının bu təyinatı öz sözünü deyəcəkdir. Amma yaxşı olar ki, Yeni Baş Prokror Rüstəm Usubov kimi uzun illər prokrorluq orqanlarında olub, bu qurumun nüfuzunu aşağı salmış bu adamların işlərini də bir gözdən keçirsinlər . Ən azından imzaladıqları ittiham aktlarından dolayı.

sakit 2020-05-21 09:42:57

Fərqi nədir? Heç bir şey dəyişməyəcək, o vaxta qədər ki, onlara sərbəstlik verilsin.

Tanish 2020-05-21 02:04:13

Bunun haqqinda Elshad Abdullayevde yazirdi. Elshad muallimin yazdiglarinin hamisi dogru imish.

Adil 2020-05-21 01:44:22

Bu da belə getdi. Uzun illər at oynatdı axırı bu.Və lap axırı necə olacaq........

Son yazılar