PREZİDENT İKİ RAYONA İCRA BAŞÇISI TƏYİN ETDİ - Yeni başçıların dosyesi + FOTOLAR (Yenilənib)

Elçin Adil oğlu Rzayev İmişli Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Prezident İlham Əliyev mayın 21-də bununla bağlı sərəncam imzalayıb.

Qeyd edək ki, E.Rzayev bu təyinata qədər Yasamal Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində işləyib.

Prezidentin digər sərəncamı ilə Seymur Vaqif oğlu Orucov Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

"AzPolitika" qeyd edir ki, Seymur Orucov indiyədək Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının sədri vəzifəsini tuturdu.

Qeyd edək ki, Seymur  Orucov 1984-cü il oktyabr ayının 27-də Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 2001-ci ildə bitirib. 

Elə həmin ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə-kredit” fakültəsinə daxil olub, 2005-ci ildə bakalavr təhsil pilləsini bitirib. 2005-ci ildə universitetin magistr təhsil pilləsinə “Maliyyə-kredit” ixtisası üzrə qəbul olub və 2007-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsi alıb.

2007-ci ildə  Azərbaycan Dövlət İqtisad Universitetinin “Maliyyə” kafedrasına aspirant kimi qəbul olunub. 2010-cu ildə iqtisad elmləri üzrə fəlsəfə doktoru alimlik dərəcəsini almaq üçün “Müasir şəraitdə dövlət büdcəsinin gəlir və xərclərinin tənzimlənməsi problemləri” mövzusunda dissertasiya işini müvəffəqiyyətlə müdafiə edib.

2006-cı ildən 2009-cu ilin iyun ayına kimi Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsində çalışıb.

2009-cu ildən 2011-ci il aprel ayınadək Universitetin Həmkarlar İttifaqı Komitəsinin sədri və 2009-cu ilin noyabr ayından 2011-ci ilin aprel ayınadək tərbiyə işləri üzrə prorektor əvəzi vəzifəsində fəaliyyət göstərib.

29 yanvar 2011-ci ildə Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin, aprelin 4-də isə Rabitə İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri vəzifəsinə seçilib.

Prezident İlham Əliyevin 4 iyun 2010-cu il tarixli, 951 nömrəli sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. İqtisad elmləri üzrə fəlsəfə doktorudur. 

Qeyd edək ki, Ağstafanın sabiq icra başçısı Nizaməddin Quliyev DTX-nin 2019-cu il dekabrın 19-da keçirdiyi əməliyyat zamanı saxlanılıb.

Həmin ilin dekabrın 20-də Prezident İlham Əliyevin sərəncamı ilə N.Quliyev Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

"AzPolitika"nun məlumatına görə, bu gün İmişli rayonunun icra başçısı vəzifəsinə  təyinat alan 1967-ci il təvəllüdlü Rzayev Elçin Adil oğlu 2018-ci ilin fevral ayından Yasamal Rayon İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsini icra edib.

Ondan əvvəl Yasamal RİH-nin Ərazi idarəetmə və yerli özünüidaretmə orqanları ilə iş şöbəsinin müdiri vəzifəsində işləyib.

E.Rzayev əvvəllər Əmlak Məsələləri Dövlət Komitəsində də çalışıb

635x100

Şərhlər

ZULYA 2020-05-22 16:11:28

İMİŞLİNİN YENİ İCRA BAŞÇISI HAQQINDA NİYƏ MƏLUMAT YOXDU? O HARALIDI GÖRƏSƏN?

Konul 2020-05-22 00:33:50

Seymur orucov qayinatasi Shemseddin Haciyev kimi ishlese,vay bu milletin halina.Amma camaat da evvelki deyil...

t.ədalətə. 2020-05-21 19:54:58

Səhv etmirəmsə fəlsəfə doktoru elmi dərəcəsi olanlara hərbi bilet verilir,ancaq yazılır hərbə yararlı.

Rabitəçi 2020-05-21 17:52:50

Seymur Orucov Rabitə Nazirliyində Rabitə işçilərinin Həmkarlar Komitəsinin sədri vəzifəsində işlədiyi illər ərzində heç vaxt rabitəçilərin əmək hüquqlarını qanuni qaydada müdafiə etməyib ...?

Naza 2020-05-21 17:44:13

He olsun yene Naxicivanli . Vezifeli adamlarin usaqlari

Fazil Muradov 2020-05-21 16:19:33

Bunların heç birinin idarəçilik savadı,təcrübəsi yoxdur ...Qaldı hərbi xidmət məsləsi.Bu tam aydın məsələsir ki, bunların heç biri həqiqi hərbi xidmət keçməyiblər..... İdarəçilik təcrübəsi olmayan v həqiqi hərbi xidmətdə olmayan şəxsdən icra başçısı olmaz! Rayonda ondan savadlı,bilikli,təcrübəli kifayət qədər kadr olduöu halda belələrinin təqdimatının verilməsi düz deyil fikrimcə,...

t.ədalət 2020-05-21 15:13:47

Bunların əsgəri xidmətləri və xidməti harada keçdiyi barədə heç nə deyilmir.

ejder 2020-05-21 15:06:48

EHALIYE WAD XEBER,,TOXLAR GETDI,,ACLAR GELDI

Son yazılar