Milli Şurada növbəti ciddi istefa

Hüquqşünas Namizəd Səfərov Milli Şuradan istefa verib. “Report” xəbər verir ki, N.Səfərov istefasının səbəbini Milli Şuranın videokonfranslarının internetdə yayılan videolarla bağlı olduğunu bilıdirib:

“Milli Şuranın nüfuzuna başqları tərəfindən deyil, özümüz tərəfindən xələl yetirilmişdir. Bir daha qeyd edim ki, baş verənlərlə bağlı dərin təəssüf hissi keçirirəm. Buna görə, həm özüm, həm də bəzi dostlarım fərəfindən siyasi opponentlərimizin ünvanına işlədilmiş yolverilməz ifadələrə görə hamıdan üzr istəmək məcburiyyətində qalıram”.

O qeyd edib ki, bütün bunları nəzərə alaraq, yaranmış vəziyyətdə fəaliyyətinin Milli Şura tərkibində davam etdirilməsini qeyri-mümkün hesab edərək, Milli Şura tərkbindən istefa verir.

Qeyd edək ki, nalayiq ifadələrin də yer aldığı sözgedən videonun yayılmasından sonra Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Eldəniz Quliyev Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Ali Məclisinin sədri Rafiq Manaflı Milli Şuradan istefa verib.

635x100

Şərhlər

VƏTƏNDAŞ 2020-05-21 16:38:58

Fəaliyyətsiz Milli Şura öz-özünü dağıdır.Milli Şura işini qura bilmədi,Sıralarını möhkəmlətmək,müxalifət partiyalarını cəlb etmək,sıralarına yeni üzvlər qəbul etmək sahəsində zəif oldu Bunun əsas sbəblərindən biri də seçkilər öncəsi insanları seçkilrdən uzaqlaşdırmaq məqsədilə boykot qərarı qəbul edərək seçkilərin saxtalaşdırılmasında iqtidara kömək etməsi olub..

turksoy 2020-05-21 14:36:57

maraqlidir bu milli suraya yigilanlarin en avarasi eldaniz ve ya namized ne ediblerki ciddi sima adlandirirsiniz.orada 3-4 nefer ozuna hormety edan var .qalanlari avaraciliqla mesgul olanlar.

Son yazılar