ENERGETİKA NAZİRİNİN MÜAVİNİ İŞDƏN ÇIXARILDI - Yeni təyinat + FOTOLAR

Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib. AZƏRTAC-ın verdiyi məlumata görə, bu barədə Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.

"AzPolitika.info"nun məlumatına görə, Kamal Abbasov bundan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Qaz İxrac İdarəsinin rəisi vəzifəsində işləyib.

Kamal Abbasov

Qeyd edək ki, işdən azad edilən Gülməmməd Cavadov 1949-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının informasiya və ölçü cihazları fakultəsini bitirib. 1972-1992-ci illərdə Elektrik Hesablama Maşınları Zavodunda mühəndis-texnoloq vəzifəsindən direktor vəzəifəsinədək yüksəlib.

1993-1999- cu illərdə Peyk zavodunun direktor müavini, direktor vəzifələrində çalışıb. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Dövlət Material Ehtiyatları Komitəsinin sədri olub. 2006-cı ildən Azərbaycan Respublikası Sənaye və Energetika nazirinin müavini vəzifəsində çalışıb.

AzPolitika.info

635x100

Şərhlər

Əyyar 2020-05-24 14:00:15

Dövlət Material Ehtiyatları - bu ad ruscadan tərcümədir. Əslində "maddi ehtiyatlar" kimi tərcümə edilməlidir. Nədənsə, sovet dövrünün "mütəxəssisi" necə dərk edibsə, eləcə də çevirib. Və... 40 ildir beləcə gedir. Hətta Nazirlər Kabinetində də bir savad sahibi yoxdur ki, bunu həll edə bilsin... Çünki...r

Son yazılar