BAŞ PROKURORA DAHA 2 MÜAVİN TƏYİN EDİLDİ - Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə yeni rəhbər təyin olundu

Azərbaycan Baş prokuroru Kamran Əliyevə yeni təyin olunan müavinlərin adları məlum olub. Müvafiq sərəncamla Elmar Camalov və Nazim Rəcəbov Baş prokurorun müavini təyin ediliblər.

N. Rəcəbov, həmçinin, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəhbəri vəzifəsini yerinə yetirəcək.

Xatırladaq ki, N.Rəcəbov Baş Prokurorluğun Kadrlar İdarəsinin rəisi olub

Qeyd edək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Baş prokurorun birinci müavini Rüstəm Usubov vəzifəsindən azad olunub. Digər sərəncamla Elçin Məmmədov Baş prokurorun birinci müavini təyin edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar