“HƏBSLƏR OLİQARXLARI DA ƏHATƏ EDƏCƏK...” – “Prezidentlə xalq arasındakı sədlər bir-bir götürülür”

“İyirmi altı ildir nazir işləyən Əbülfəs Qarayevin vəzifədən uzaqlaşdırılması son bir il ərzində Prezidentin hakim komandada başladığı kadr islahatlarının məntiqi davamıdır. Mən hesab edirəm ki, bu həbs və işdənçıxarmalar Prezidentin çağırışlarına məhəl qoymayaraq, köhnə qaydalarla işləyən digər strukturları, rəhbər şəxsləri, o cümlədən ölkənin bu çətin günlərində yaxasını kənara çəkərək Prezidenti meydanda zəif buraxmağa çalışan oliqarxları da əhatə edəcək”.

Bu fikirləri Mədəniyyət Nazirliyində aparılan həbslərdən sonra nazir Əbülfəs Qarayevin vəzifədən uzaqlaşdırılmasını “Press Klub”a şərh edən “Strateq.az” saytının baş redaktoru Elxan Şükürlü bildirib.

E.Şükürlü qeyd edib ki, hələ ötən il iyunun 20-də Prezident İlham Əliyev qəfildən Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizlik Xidmətinin rəhbərlərini dəyişəndə gözlənilirdi ki, o, hakim komandada ciddi təmizləmələrə başlayacaq: “Korrupsiyanın dərin kök atdığı və korrupsiya əlaqələri hesabına güclü oliqarxların, klanların, ailə və tayfa ittifaqlarının formalaşdığı ölkələrdə islahat aparmaq hədsiz çətindir. Çünki əvvəlki imtiyaz və mövqelərinin itirilməsi ilə barışmayanlar ya islahat prosesini sabotaj etməyə girişirlər, ya da gizlicə o liderin əleyhinə ittifaq bağlayır, hətta rəqibləri ilə separat sazişə, sövdələşmələrə gedirlər. İki ilə yaxındır ki, eyni prosesi biz Azərbaycanda da müşahidə edirik. Sürətli islahatlara gedilməsinin hakimiyyətin qalıcılığını təmin etməyin yeganə vasitəsi olduğu bilinsə də, Prezidentin çağırışlarına baxmayaraq, hakim komandada illər uzunu yüksək vəzifə tutanlar “köhnə qaydada” yaşamağa və işləməyə davam edir, əvvəlki vərdişlərindən əl götürmür, könüllü geri çəkilmək istəmirdilər. Ona görə də Prezident İham Əliyev əvvəlcə ötən ilin 20 iyununda qəfildən iki əsas güc strukturunun – DİN və DTX-nın rəhbərini dəyişdi, hər ikisinə oliqarxiyaya deyil, birbaşa özünə bağlı olan, onun göstərişlərini qüsursuz yerinə yetirə biləcək adamlar gətirdi. Faktdır ki, əvvəllər bu iki qurum daha çox, “köhnə qvardiya”nın xaç atası olan Prezident Administrasiyasının rəhbərinin və şöbə müdirlərinin təsiri altında idi. Ancaq Vilayət Eyvazovun DİN-ə, Əli Nağıyevin də DTX-ya rəhbər gətirilməsi ilə, bir növ, Prezident bu iki güc strukturunu “köhnələr”in, xüsusən də Ramiz Mehdiyev-Ramil Usubov xəttinin nəzarətindən çıxararaq, birbaşa özünə bağlamış və islahatların təhlükəsizliyini təmin etmiş oldu. Son bir ildə istər bu iki qurumun özündə hansı islahatların aparıldığı, istərsə də birbaşa Prezidentdən gələn göstərişlərin bu qurumlar vasitəsilə yerinə yetirilməsində hansı irəliləyişlərin olduğu göz qabağındadır. Əvvəllər verilən göstərişlər, xüsusən də korrupsiyaya qarşı mübarizə tədbirləri bu sayaq icra olunmur, gözdən pərdə asmaq xarakteri daşıyırdı. İndi isə Prezidentlə xalq arasındakı o səddlər bir-bir götürülür və nə kimi dəyişikliklərin olduğunu da hamımız yaxşı görürük. Artıq eyni qaydada Baş Prokurorluq da oliqarxiyanın təsirindən çıxarılır və qalır məhkəmə strukturları…

Yəni, dediyim odur ki, fundamental reformalar apara bilməsi üçün güc strukturlarının Prezidentin yanında olması çox önəmli idi və bu proses uğurla tamamlanmağa doğru getdiyindən, biz islahatlara mane olan, Prezidentin çağırışlarına məhəl qoymayan istənilən vəzifəli şəxsin, oliqarxın bundan sonra hər an cəzalandırılacağını və ya həbsini gözləyə bilərik.”

E.Şükürlünün təxminlərinə görə, Prezident İlham Əliyev hakim komandada təmizləmələri davam etdirməklə yanaşı, paralel şəkildə müxalifət qüvvələri ilə də münasibətlərini yaxşılaşdırmaq istiqamətində addım atacaq: “Çünki əsas çətinlik hələ qarşıdadır. Ölkədə iqtsadi-sosial vəziyyət pisləşməyə doğru gedir. Və həm vurulan və vurulacaq məmurlar, oliqarxiya, həm müxalifət, həm də hakimiyyətdən qisas almağa çalışan bütün narazı qüvvələr bu vəziyyətdən yararlanmağa, istifadə etməyə çalışacaqlar. Ölkənin qarşısında duran əsas problemləri həll edə bilmək üçün islahatlara getməkdən başqa çarəsi olmayan İlham Əliyevlə ölkədə real islahat istəyən müxalifətin təbii ittifaqı yaranacaq. Çünki Əliyev bu müxaifəti öz tərəfinə çəkməzsə, vəziyyət pisləşən zaman onları vurulmuş və vurulacaq “köhnələr” hər hansı formada öz tərəflərinə çəkməyə, onları önə verməyə çalışacaq. Vurulan məmurların çoxu uzun illər bu sistemin parçaları olublar, hansısa informasiyaların daşıyıcılarıdır, özləri ortaya çıxmasalar da, müxtəlif kanallarla müxalif düşərgə ilə təmas yaratmağa can atacaqlar. Oliqarxiya ilə mümkün ittifaqı önləmək üçün Prezident müxalifəti öz yanına çəkməlidir”.

635x100

Şərhlər

Müəllim 2020-06-12 13:19:55

Polislərin hərəkətləri ilə xalqla iqtidar arasındakı səddlər artıq barrikadalara çevrilir.Bunun fərqinə varan varmı?

Oliqarx 2020-05-29 17:22:01

“İyirmi altı ildir nazir işləyən Əbülfəs Qarayevin vəzifədən uzaqlaşdırılması son bir il ərzində Prezidentin hakim komandada başladığı kadr islahatlarının məntiqi davamıdır. Mən hesab edirəm ki, bu həbs və işdənçıxarmalar Prezidentin çağırışlarına məhəl qoymayaraq, köhnə qaydalarla işləyən digər strukturları, rəhbər şəxsləri, o cümlədən ölkənin bu çətin günlərində yaxasını kənara çəkərək Prezidenti meydanda zəif buraxmağa çalışan oliqarxları da əhatə edəcək”. Belə başa düşdüm ki, müəllifə görə əbülfəz qarayev köhnə qaydalarla işləyib. Və başa düşmədim ki, oliqarxlar niyə islahatların əlehinə olmalıdır? Məgər onlar türklər demişkən, geri zəkalıdılarmı?

Aborigen 2020-05-29 15:50:47

"Oliqarxiya ilə mümkün ittifaqı önləmək üçün Prezident müxalifəti öz yanına çəkməlidir". Vallah, mən bu müəllifin bu fikrindən heç nə qana bilmədim. Mənə elə gəlir ki, HAMIMIZIN TANIDIĞI oliqarxların dalınca heç qoyun da getməz.

Mürşüd 2020-05-27 21:52:50

Bu səddlər27 ildir yaradılıbİndi düşünürsünüz ki,bir neçə ayda sökülər?Çox sadəlövhsünüz.......

Mühəndis B. 2020-05-22 15:53:27

Sosialist Birliyindən VARLI oliqarğa toxunmaq yeni Sosİnqlabı deyilmi?

Abbas 2020-05-22 13:44:34

,Müəllif çaya çatmamış çırmaıb.Guya çıxarılanların yerinə təyin olunanlar uyğun ixtisaslı,təcrübəli,iş bilən.qanunlardan hali olan,perspektiv.saf Azərbaycanlılardır?Əsla!Ona görə br-iki ildən sonra onların da eyni tip olduqları,bir bəlli bölgədən,qohum-qudasından ibarət olduğu hamıya bəllidir.Sadəcə iştirakçılar dəyişir,texnologiya eyni qalır.D

qorxmaz 2020-05-22 12:53:05

.... bes bu qaramaskali cengaverler xarici ishler nazirlizine teshrif buyurmaq istemirler.... xarici ishler nayirlizinde durum daha eybecer ve dövletimiz üçün daha tehlükelidir....

Yengibar 2020-05-22 11:59:24

Bu ölkədə oliqarx da, biznesmen də, sahibkar da 99 faizi irili xırdalı məmurlardır.O məmurların Dövlətə vurduğu ziyan Ermənistan- Rusiya işğalından dəyən ziyandan çoxdur, hörmətli, ekspert.

Mubariz 2020-05-22 11:36:00

Məmurları oliqarxa sən və ya mən cevirmişəm? İndi təyin olunan kadrlar sabah qudaya dönüşəcək....,Ədalətli seçgi olmasa ,bütün icra strukturlarına ,hələ çox praqnozlar verəcəksən

Səbuhi 2020-05-22 11:14:19

ALLAH CƏNAB PREZİDENT İLHAM ƏLİYEVƏ KÖMƏK OLSUN.

t.ədalət 2020-05-22 09:57:12

Əsas rüşvətalma DSMF-da gedir. Müh. əlilləri və şəhid ailələrinə dövlətin verdiyi evlər hansı marağa görəsə növbəliliyi pozur,Abşeronun ucqarlarında tikilən binalardan əlil və şəhid ailələrinə veriləcək mənzillər alınarkən MTK-lardan "şapka" alınır.Mənzillərin ucqarlardan alınmasına səbəb də elə həmin "şapka"lardır.DTX DSMF-dan yan keçməsə çox nöqsanlar görəcək.Əlillərin müalicəsi üçün ayrılan pullara da nəzarət lazımdır.Əlillərin bərpa-müalicə xəstəxanasında xəstələrə dərman verilmir.

aslan kənan 2020-05-22 09:33:39

Elxan müəllim, Sizin saytlarada dərc olunan yazılarınızı diqqətlə izləyirəm. Mən bir çox təhlil müəlliflərinin yazılarına nəzər yetirmişəm. Lakin heç kimin təhlilləri sizin yazılarınız kimi zamanı qabağlamayıb. Sizə uğurlar diləyirəm. İstərdim ki, əvvəlki təhlilləriniz kimi bu dəfəki təhliliniz də düz çıxsın. Bu bir mənim yox, bütün xalqımızın ürəyindən olar. Allah Sizi qorusun. Amin!

Ağayev Ağahüseyn 2020-05-22 06:26:45

Elxan müə. Sizin yazınızın təsiri altında bu sözləri yazıram.CƏ, İ ƏLİYEV Bizi MM -də təmsil etdiyi vaxt mən onun rəhbərliyi altında işləmişəm.Cox tələbkar,qayğıkeş və məhsuliyət hiss edirdik.Biz o dövürdə R-nun abadlıqı və ŞƏHİD-QARABAQ ƏLİLLƏRİ ailələrini yaşayış evi iylə tam təmin.İndi birləşmək vaxtıdır BÜTÜN dedi-qodular kənara qoyub bir cəbhədə birləşib QARABAQI AZAD ETMƏLİYİK. Bu bizim borcumuzdur ğələcək nəsilə saxlamaq olmaz.BÜTÜN SİYASİ PARTİYALARA YALVARIRAM ZİYALI İT YALINA CUMMAZ. CƏKİNİN BU YALTAQLIQDAN, YALDAN,KİNDƏN, MƏNƏMMƏNƏMLİKDƏN .DİDİŞMƏDƏN DÖVLƏTİN BİRLİYİ NAMİNƏ BİRLƏŞİN DÖVLƏT ƏTRAFINDA AZAD EDƏK QARABAQI.öldürməyə hazır olanlardan biri mən.Ğəncləri verməyək qırqına LƏKƏNİ özümüz silək boynumuzdan.SÖYMƏSİN BİZİ NƏVƏLƏRİMİZ. YALVARIRAM BİRLƏŞƏK.

Son yazılar