İcra başçısını tənqid edən bloger həbs edildi - VİDEO

Yardımlı rayonunun problemləri, məmur özbaşnalıqları ilə bağlı videolar çəkib paylaşan, rayon sakini Cəlil Zabitov həbs olunub.

“BakuPost” xəbər verir ki, xuliqanlıqda ittiham olunan blogerə məhkəmənin qərarı ilə 5 ay həbs cəzası verilib. Rayon sakinləri isə C.Zabitovun saxta ittihamlarla, rayon rəhbərliyinin sifarişi ilə tutulduğunu iddia edirlər. Bildirilir ki, bloger dəflərlə hədələrə, təzyiqlərə məruz qalıb, onun fəaliyyətinin əsas istiqaməti kasıb adamların, haqları olan şəxslərin problemlərini içtimailəşdirmək, məmur özbaşınalıqları barədə məlumat vermək olub.

Cəlil Zabitov son zamanlar ölkə mediasının Yardımlı ilə bağlı xəbərlərdə əsas istinad etdiyi mənbə olub. Çünki onun pandemiya ilə bağlı ayrılan yardımların rayon rəhbərliyi tərəfindən mənimsənildiyini sübut edən videoları böyük səs-küyə səbəb olmuşdu.

Cəlil Zabitovun saxta ittihamlarla həbs edilməsilə bağlı Prezident İlham Əliyevə müraciət olunacaq.

Qeyd edək ki, C.Zabitov rayon məktəblərindən birində dərs deyir, müəllimdir. Himayəsində ağır xəstə olan anası, iki əlil bacı-qardaşı və üç azyaşlı övladı var.

C.Zabitov həbsindən bir neçə gün əvvəl ona qarşı təzyiqlərin olması, fəaliyyətinə görə məhkəməyə verilməsi ilə bağlı Masallıda nəşr olunan “Cənub Xəbərləri” qəzetinə video musahibə verib. Həmin müsahibəni təqdim edirik:

635x100

Şərhlər

pensioner 2020-05-22 17:22:09

Məmur tənqid olunmaq istəmirsə adam kimi işləməlidir.

Əli 2020-05-22 15:48:40

ədalət lazımdır məhkəmələrə

Mubariz 2020-05-22 13:36:22

Bax buna deyərəm köklü islahat ,o başçı üçün S. Rüstəmxanlıda qara msakalı oğlanları Yardımlıya çağırmışdı ,görünür bloqerlə , İH başçısının yeri səhv düşüb ,Səhv düşəndə yerimiz ,Allah rəhmət eləsin Şair, əminəm cibindən tank çıxmışdır

Sarvan 2020-05-22 13:27:45

Niyə blogerin qeyd etdiyi faktlar yoxlanmadan o həbs edilir?Bəs qanun?Faktlar yoxlanmalı.əgər bu faktlar içərisində yanlış,böhtan ,qeyri dəqiq mıluatlar olarsa və bu məlumatlar təsdiqini taparsa o zaman adam hakim qarşısına çıxarılar və müvafiq cəzasını alar.Yoxsa şaiyə ilə adamı həbs etməyin qanuna uyğunluğu şübhəlidir.eu

Eli 2020-05-22 13:06:29

Bu icra başçısı cesur ve qorxmaz adamdır ücra başçıları növbw ile hebse gedir bu ise nese demek isteyeni tutdurırYüz faiz bu heç kimden qorxmur

Son yazılar