Pandemiyada zənginlər varlanıb, yoxsullar daha da kasıblayıb – Şok rəqəmlər

Amerikalı milyarderlər koronavirus pandemiyasının hökm sürdüyü 2 ay ərzində öz sərvətlərini 15% artırıblar. Bu barədə “Americans for Tax Fairness” və “Institute for Policy Studies”analitik qruplarının tədqiqatında bildirilir.

Tədqiqatda “Forbes”un məlumatları əsasında milyarderlərin varidatının martın 18-dən mayın 19-na qədər olan dəyişkənliyi nəzərə alınıb.

Göstərilən dövr ərzində onların sərvəti toplamı 434 milyard dollar artıb - 2,948 trilyon dollardan 3,382 trilyon dollara qədər!

Bunun beşdə biri 5 milyarderin hesabına olub: “Amazon”un sahibi Ceff Bezos, “Microsoft”un yaradıcısı Bill Geyts, “Facebook”un qurucusu Mark Zukerberq, “Berkshire Hathaway”in rəhbəri Uorren Baffet və “Oracle”ın həmtəsisçisi Larri Ellison. Bezos sərvətini 34,6 milyard $, Zukerberq 25,3 milyard $, Geyts 8 milyard $, Ellison 7 milyard $, Baffet 564 milyon $ artırıb.

ABŞ-ın Top-30 milyarderləri arasında faiz hesabı ilə 2 ay ərzində sərvətini ən çox artıranlar “Menards” mağazalar şəbəkəsinin sahibi Con Menards (62,8%) və məşhur iş adamı İlon Mask (48%) olub.

Hesabat dövründə milyarderlərin sayı da artaraq 614-dən 630 nəfərə yüksəlib.

Qeyd edək ki, bu müddətdə ABŞ-da işsizlik rekord miqdarda yüksəlib və işini itirmiş vətəndaşlar dövlət tərəfindən ayrılan yardımlara ehtiyac duyublar. 

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar