“Qarabağın azad olunması bayramını birlikdə qeyd edəcəyik” - İran səfiri

"Bu böyük bayram günündə İran xalqı Azərbaycan Respublikasının müsəlman xalqı ilə həmrəy olduğunu elan edir və təkidlə vurğulayır ki, daim dost və qardaş Azərbaycan xalqının yanında olub, bundan sonra da olacaq və əbədi olan bu dostluğa və qardaşlığa görə fəxr edir".

"Report" xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqı və dövlətinə ünvanladığı təbrik məktbunda qeyd edib.

“Mütaal Allahdan Azərbaycan Respublikası dövləti və xalqı üçün izzət və başucalıq, iki ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsini arzulayır və ümid edirik yaxın gələcəkdə Azərbaycan xalqının şad gününü - “Qarabağın və Qüdsün azad olunması bayramları”nı birlikdə qeyd edəcəyik. İlahi, Ramazan bayramında bizim bayramlığımızı bütün müsəlmanların oruc və ibadətlərinin qəbulu və bu bərəkətli aydan faydalanmağı qərar ver”, - səfirin təbrik mətnində qeyd olunub.

635x100

Şərhlər

pensioner 2020-05-22 17:19:37

Qarabağın adı Qüdslə bir yerdə çəkilirsə əlavə şərhə ehtiyac yoxdur.

Əli 2020-05-22 17:14:02

Əgər İran Ermənistanı tam təcrid etsəydi bu və digər bayramları bir keçirdərdik. Təəsüf ki, hər şey siz dediyiniz kimi deyil.

Son yazılar