"Gələn ay iri ticarət mərkəzlərinin açılması gündəmdədir" - Ramin Bayramlı
Baxiş sayı:
Dərc olunub:
22/05/2020 - 17:57
İİyun ayında iri ticarət mərkəzlərinin açılması gündəmdədir. Əgər göstəricilər stabil olsa, qərar qəbul edilə bilər.
“Report” xəbər verir ki, bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
"Çimərliklərin açılması ilə bağlı problem görmürük. Əsas məsələ orada sosial məsafənin qorunmasıdır. Təlimatlar hazırlanır və yaxın günlərdə açıqlanacaq. İdman zallarının açılması ilə bağlı qərar, yəqin, iyunun 1-dən mümkün olsun", - o əlavə edib.
Son yazılar
18:31
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
18:12
Azərbaycan və Ermənistan sərhədində nəzərdə tutulan işlərin təxminən 35 faizi yerinə yetirilib
Şərhlər
Həmişə qəbul olub.Beşinci günləri.Şər böhtan atmayın.Hər bir vətəndaşı şəxsən qəbul edib.