Açıq havada belə toy keçirməyə icazə yoxdur - Açıq havada idman yarışları keçirilə bilər

“Toyların keçirilməsinin bərpası mümkün deyil. Bu kimi tədbirlərin açıq havada keçirilməsi müzakirə olunub, lakin mütəxəssislər bunu təhlükəli hesab edirlər”. “Report” xəbər verir ki, bu fikirləri “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O qeyd edib ki, əgər nəsə yeni qərar olsa, ictimaiyyətə açıqlanacaq.

R.Bayramlı əlavə edib ki, yoluxma halları intensiv olarsa, qırmızı zona yaradıla bilər: “Bu gün üçün ölkədə belə zona yoxdur”.

"Açıq havada idman yarışlarının keçirilməsi məsələsi müzakirə olunur".

Bunu isə Nazirlər Kabinetinin Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O bildirib ki, növbəti mərhələdə bu məsələyə baxılması mümkündü

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar