"Almaniya Dağlıq Qarabağdakı separatçı rejimi tanımır" - XİN

"Almaniya Federativ Respublikası qondarma “Arsax Respublikası”nı tanımır. Müvafiq olaraq, bu qondarma qurumun nə akkreditə olunmuş diplomatik və ya konsulluq nümayəndələri mövcuddur, nə də qəbul edilmiş nümayəndəliyi".

"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, Almaniyanın Xarici İşlər Nazirliyi bunu Azərbaycan tərəfinin rəsmi sorğusuna cavabında bəyan edib.

“AFR Cinayət Məcəlləsinin 132-ci paraqrafına əsasən, xarici titullardan, yaxud da vəzifə və xidməti rütbələrdən, o cümlədən bu cür adlarla qarışdırıla bilən adlardan istifadə cinayət hesab edilir. Buraya həmçinin o adlar da aid edilir ki, istifadə edən şəxs onların köməyi ilə mövcud olmayan ölkənin vəzifəli şəxsi görünüşünü yaradır”.

Beləliklə, rəsmi Berlin qondarma “Arsax Respublikası”nın AFR-dəki daimi nümayəndəliyi”nin qanunsuz fəaliyyəti barədə açıq-aşkar bəyan edib.

AFR-in bu bəyanatını sərbəst interpretasiya etmək cəhdlərinə yol verilməməsi məqsədilə bu ölkənin Xarici İşlər Nazirliyi bu dəfə artıq şəxsən Arutyun Qriqoryana – Almaniyada az qala “Arsaxın AFR-dəki səfiri” kimi təqdim olunan fırıldaqçıya aid aşağıdakı izahı əlavə edib.

Ölkənin xarici siyasət idarəsinin sənədində bildirilir: “Bununla bağlı AFR XİN cənab Qriqoryandan Dağlıq Qarabağın beynəlxalq-hüquqi subyektliyinin hər hansı görünüşünün və onunla bağlı diplomatik və konsulluq nümayəndəliyinin yaradılmasını dərhal dayandırmağı yazılı şəkildə tələb edib. Tələb yerinə yetirilməyəcəyi təqdirdə hüquqi tədbirlər görüləcəyi nəzərə çatdırılıb”.

635x100

Şərhlər

Vətəndaş mövqeyi 2020-05-23 13:45:29

AFR tanımasa da haylar xaricdən yardım da alıb özgə ərazidən istifadə edir!?

Vətəndaş 2020-05-23 13:37:14

Nə olsun?Zatən bu günlərdə XİN Yerevana nota verdi.Nəticəsi nə oldu? Belə boş,zəif nazir və nazirliklə Azərbaycanın Qarabağ məsələsinin həlli mümkündürmü?

Əli 2020-05-23 12:02:36

bu nə qədər davam edəcək. Hər gün qorxa-qorxa məlumatları oxuyuruq, birdən bu gün Qarabağın müstəqilliyini tanıyarlar. Buna birdəfəlik son qyub hücum əmri verilməlidir. Yoxsa hamımız infarkdan öləcəyik.

Son yazılar