"AY UŞAQ, O VAXT SƏNİN SƏKKİZ YAŞIN VAR İDİ..." - Afaq Bəşirqızından yeni icra başçısına

Xalq artisti Afaq Bəşirqızı son günlər mədəniyyət sahəsində baş verən hadisələrlə bağlı açıqlama verib. Sənətkar bildirib ki, baş verənlər ona çox pis təsir edib: 

“Son günlər mədəniyyət sahəsində, Mədəniyyət Nazirliyində baş verən hadisələr mənə də çox pis təsir etdi, mütəəssir oldum. Nə Bəşir Səfəroğlu dönəmində – hərçənd ki, o vaxt uşaq olsam da, eşitdiyim hadisələr yadımda qalardı – nə də ondan sonrakı dövrdə belə şey olmamışdı. Gərək belə olmayaydı. Azərbaycanda “qızıl dişlər” çoxalıb, “qızıl əllər”ə isə möhtaclığımız var. “Qızıl əllər” yoxdur. Və o qızıl, təcrübəli əllər olmadığına görə biz o “qızıl dişlər”i ləğv edə bilmirik”.

Sənətkar Ağstafaya yeni icra başçısı təyin olunan Seymur Orucovun çıxışına da toxunub: “Mənim Prezidentim təkdir, bəzən ona yalan məlumatlar verirlər. Ona təqdim olunan bəzi mütəxəssislər çox yararsızdırlar. Elə bu günlərdə Ağstafa kimi ziyalılar məskəninə – Ağstafa, Qazax, Tovuz istər elm, istər mədəniyyət sahəsində öndə gedən rayonlarımızdır, çox güclü mütəxəssislər yetişdirən diyardır – 1984-cü il təvəllüdlü bir uşağın təyin olunması və təyinatından az sonra o cür danışması yolverilməzdir. Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi. Gərək sənə vəzifə təklif olunanda özün deyəydin ki, mən buna layiq deyiləm. Bəsdirin! Son qoyun qohumbazlığa. Bu, filankəsin qızıdır, bu, filankəsin oğludur. Uçurumun kənarındayıq. Əlbəttə, siz bunu hiss edə bilməzsiniz. Niyə? Çünki sizin artıq dəniz qıraqlarında, çay qıraqlarında, meşələrdə, ormanlarda Azərbaycandan oğurladığınız pullarla gözəl villalarınız, şəraitiniz var. Uçurumun kənarında xalqdır, siz yox”.

Afaq Bəşirqızı mədəniyyət naziri kimi görmək istədiyi şəxs barədə bunları deyib: “Mədəniyyət sahəsinə təyin olunan adam mütləq mədəniyyəti, onun içini bilməli, mədəniyyət xadimlərini tanımalı, musiqi, teatr kimi sahələrə bələd olmalıdır. Beynəlxalq əlaqələr də çox vacibdir. Azərbaycan mətbəxinin, musiqi alətlərinin, dünyaya tanıdılmasında bu şöbənin böyük rolu olmalıdır. Mənim 65 yaşım var, ağbirçəyəm və hər halda həmin şöbədə çalışanlara övladım kimi müraciət etməyə haqqım var. O uşaqlara təşəkkürümü bildirirəm və halal olsun deyirəm. Kino və teatr sahəsi bərbad vəziyyətdədir. Ora elə insan təyin edilməlidir ki, ətrafına dəyərli mütəxəssislər yığa bilsin. Hansı ki o mütəxəssislər çox böyük zərbə ilə dağıdılıblar, pərən-pərən salınıblar. Bəziləri lazımsız yerlərdə oturdulublar. Bir konsepsiya yazılmalı və o konsepsiya ilə hərəkət edilməlidir.

Cənab prezident, Sizdən çox xahiş edirəm, bura kiminsə bacısı oğlunu, qohumunu göndərməyin. Amanın bir günüdür!

Bəlkə, ora atası fəhlə, anası kolxozçu təyin edilə bilər. Amma balası gözəl mütəxəssisdirsə, niyə də təyin olunmasın? Gözəl mütəxəssislər var ki, şadlıq saraylarında ofisiant işləyirlər.

Soruşular bilər ki, siz bu posta kimi namizəd görürsünüz. Mən Afaq Bəşirqızıyam və sözümü yüz ölçüb bir biçən adamam. Bizim incəsənət sahəmizdə fərqlənən sahələr, məsələn teatr, musiqi ansamblları var. Onları yaşadan mütəxəssislər də öz yerində. Lakin onların hamısı nazir postuna layiq deyillər. Belə insanların nazir təyin olunması onların yaradıcılığının qarşısını alar. Mənim özümün bir fikrim var və bu, illərin təcrübəsidir. Sumqayıt teatrında15 il işləmişəm və o teatr heç vaxt bina görməyib. 

Mən 1989-cu ildə Bakıya – Musiqili Teatra Polad Bülbüloğlunun köçürməsiylə dəvət olunandan sonra da orayla sıx əlaqə saxlayırdım. Vaqif Əliyevin Sumqayıta icra başçısına təyin olunandan sonra onun teatra insanlara göstərdiyi misilsiz xidmət də yadımdadır. Aktyorların evlə təmin olunması, fəxri adlar və sair bunları danmaq olmaz. Amma halbuki o teatrda işlədiyim 15 il ərzində cəmi 3 nəfər – mən, Hicran Mehbalıyev və Valeh Kərimov fəxri ad almışdıq. Amma Vaqif müəllim şəhərə rəhbər təyin olunandan sonra teatra evlər verildi, bina verildi və bütün bunlar Vaqif Əliyevin zəhməti idi. 

Mən bu postda Vaqif Əliyevi və Qənirə Paşayevanı görərdim. Qənirə Paşayevanın da işgüzarlığı, insanlara olan münasibəti göz önündədir”.

Afaq Bəşirqızı bildirib ki, mədəniyyət sahəsinə rəhbərlik edən qeyri-ixtisas sahibləri də uzaqlaşdırılmalıdır: “Ora kiminsə qohumu qoyulsa, o, qeyri-ixtiyari hansısa mafiozları yığacaq və onlar da bu sahəni sağacaqlar. Birinci növbədə bioloqlar, tarixçilər, fizika riyaziyyat mütəxəssisləri mütləq yığışdırılmalıdır və ora mütəxəssislər cəlb oilunmalı və yeni konsepsiya qurulmalıdır. Bu, mənium fikrimdir. Və siz bilirsiniz ki, mədəniyyət qurumlarından biriylə çox böyük mübarizə aparıram. Və bu mübarizədə düşmən qazanmışam, nankorluq görmüşəm. Öz sabahımı, adımı, təqaüdümü fikirləşməmişəm. Amma özünü, adını, təqaüdünü, yeni tikilən binada evini düşünənlər mənə düşmən kəsiliblər. Onlar bilmirlər ki, mən qayayam, süni göldə yaradılan günbəz deyiləm. Öz ambissiyama görə sabahını satan vicdansız deyiləm. Cənab Prezident, mən sizi çox sevirəm, hər zaman da sevəcəyəm. Siz ön cəbhədəsiniz, arxa cəbhədə isə mənim kimi vicdanlı insanlar var və biz sizin yanınızdayıq”.(ölkə.az)

635x100

Şərhlər

XIRS QULDURBASAN 2020-05-30 08:35:42

Təhsilə elə adamı nazir qoydular ki, ömründə bir saat da dərs verməmişdi. Nə təhsilə, nə pedaqoji aləmə, nə də müəllim əməyinə dəxli olmayan bir adam idi. Gəldi və köhnə bazara təzə nırx qoydu. Sonda vəzifəsini qaldırdılar. Ondan sonra da bizneslə məşğul olanın birisini - yəni təhsilə, müəllimliyə, pedaqoji sistemə, pedaqoji etikaya aid olmayanı nazir qoydular. Belə strateji sahəni bu sahədən xəbəri olmayanlara tapşırdılar. ELə Mədəniyyət nazirliyinə də elə adamı nazir qoyacaqlar ki, ya biznesmendir, ya başqa sahənin adamıdır, ya da ümumiyyətlə mədəniyyət və incəsənətdən tamamilə uzaq adamdır. Artıq belə "gözlənilməz" təyinatlara cəmiyyət təəccüblənmir. İtirən isə təhsildir, mədəniyyətdir. Bu kimi səhv kadr siyasətinin 25 ildir aqibətini görür bu xalq. Zavallı xalq nə qədər dözümlü imiş....

Kültür naziri 2020-05-30 08:29:01

Ey Afaq Bəşirqızı! Müsahibə verəndən sonra zəhmət olmasa, dediklərini sonradan oxu. Nə qədər bir-birinə zidd olan şeylər danışıb özünü biabır edirsən vallah. Bir yandan buyurursan ki, Mədəniyyət nazirliyində bu sahənin adamları işləməlidir. O bir tərəfdən də elə adamları Mədəniyyət naziri vəzifəsinə irəli sürürsən ki, heç birinin mədəniyyə və incəsənətə qəti aiddiyyatı yoxdur. Nə Qənirə, nə Vaqif Əliyev, nə də Cİngiz Abdullayev, nə də o birisi nazir postuna layiq adamlar deyil. Çünki roman, şeir oxumaq hələ mədəniyyət mütəxəssisi demək deyil. Bunlardan ölkəyə mədəniyyət naziri olmaz. Necə ki alman dili müəllimi Əbülfəzdən olmadı. Görəsən onun Azərbaycan mədəniyyətinə vurduğu ziyanların, zərbələrin əvəzini kim və necə ödəyəcək? O dağıdılan tarixi binaları, naidr arxeoloji tapıntıları kim mədəniyyətimizə qaytaracaq. Ona cəza verilsə də artıq itirilmiş mədəniyyəti qaytarmaq olmayacaq. ...

Yeni azərbaycançı 2020-05-30 08:19:21

Afaq xanımla tam razıyam. Ağstafa kimi böyük ərazisi, hənd təsərrüfatı olan bir rayona ömrü boyu kənd görməyən, ərköyün şəhər uşağını icra başçısı olasının təqdimatını verənləır düzgün etməyib. O qədər dərəyli namizədlər, YAP-a sadiq insanlar var ki, belə vəzifələrə göndərilsələr də vətən də, ölkə də, xalq da faydalanar.... Belələrinin namizədliyini verənləri ilk növbədə cəzalandırmaq lazımdır. Necə deyərlər yağışdan çıxdıq, yağmura düşdük. Hə... ey Əli Əhmədov...

Mədəniyyətşünas 2020-05-30 08:13:50

Afaq Bəşirqızına atasına görə hörmət elədikcə deyəsən yaman çaşmağa başlayıb. Nə danışdığının fərqində deyil. Özünü az qala düha, sənət dahisi, əvəzolunmaz sənət şəxsiyyəti zənn edir... Bəs deyil Afaq Bəşirqızı? Sən ictimaiyyətin, xalqın qarşısında nə vaxta qədər yalançı artistlik edəcəksən?

VSL-yə 2020-05-26 14:20:32

Həqiqətəndə indiki zamanda 34 yaşı olan gəncdən İcra Başçısı olmaz ? İndiki dövrü- Şah İsmayıl dövrü ilə müqayisə etmək olmaz ? O dövrdə insanlarımız zəhmətlə vəzifəyə gəlib,indiki dövrdə isə day-day hesabına ? İndi gəlin müqayisə edin özünüz ... Rəhbər vəzifəyə indiki dövrdə ən azı 50 yaşı olmalıdır ki, təcrübə görsün ?

Aborigen 2020-05-24 20:30:37

Vallah, mən hələ də ayırd edə bilməmişəm ki, bu mədəniyyət sözünün mədə anlayışı ilə bir əlaqəsi var ya yox! Xahiş edirəm ki, bilən varsa məni də hali etsin.

Edalet 2020-05-24 14:07:20

Mence nazir Cingiz Abdullayev olmalidir.

Mubariz 2020-05-24 11:49:19

Ədalətə- ,çox az vaxtdan sonra bunlarda quda olacaq ,o dövr bitməz .tarix təkrarlanır

Vsl 2020-05-24 10:35:09

Şah İsmayıl 14 yaşında dövlət qurub. Elon Musk 12 yaşında proqram istehsal edib. Fateh 21 yaşında orta əslərdə yeni eranın əsasını qoyub. Elə adamlar da var ki, 100 yaşayıb amma heç nəyə dərman olmayıb. Məsələ yaşda deyil, öncə vətən sevgisi, sonra idarə etmək bacarığı, işləmək əzmi və savad. İnsanların inamını qazanmaqdı. Yeni icra başçılarının fəaliyyətinə 1 il sonra real qiymət vermək olar. Ümid edək ki, Ağstafanı və ağstafalıları tanıyan, ürəkdən sevən və vicdanlı bir müavin təyin edilsə onun köməkliyi ilə işinin öhdəsindən gələ bilər. Amma əvvəlcə bunu istəmək və həvəslə işləmək lazımdır.

Eko 2020-05-24 08:20:17

Hede yene qohumbazliq )))

KIÇİBƏY 2020-05-24 02:15:09

AFAQ BƏŞİR QIZI HALAL OLSUN SƏNƏ DÜZ DEYİRSİNİZ 3 DEYİRSİNİZ -34 YAŞLI UŞAQDAN İCRA BAŞÇISI -HƏQİQƏTƏN 34 YAŞLI UŞA

Patriot 2020-05-24 01:43:31

Deyirki vezife teklif olunub gerek imtina ederdi cavan oglan.o zaman sizin efirde isletdiyiniz o soyusden sonra gerek sizde xalq artisti adinnan ozunuz imtina edeydiz....

KIÇİBƏY 2020-05-24 00:13:17

AFAQ BƏŞİR QIZI HALAL OLSUN SƏNƏ DÜZ DEYİRSİNİZ 34 YAŞLI UŞAQ İCRA BAŞÇİSI HƏQİQƏTƏN gülməlidir? 3 DEYİRSİNİZ -34 YAŞLI UŞAQDAN İCRA BAŞÇISI -HƏQİQƏTƏN 34 YAŞLI UŞA

Seyid Ənhu 2020-05-23 23:07:58

Rusdilli metislər bizlərə bütün azərbaycanlılıq keyfiyyətlərimizi unutdurub. Bizi kimsə cilas etməlidir. Mən əmunəm ki, yenə rusdilli bir adam nazir olacaq. İnanmırsız? Baxarsız.

Ədalət 2020-05-23 21:01:55

Heç bilirsinizmi Seymur Orucovun dalında kimlər durub.Yadda saxlayın,, qudalar dövrü bitti.İndi kürəkənlər dövrüdür.

Nihada 2020-05-23 19:19:28

Önü ədalət harayı, sonu heç problem yoxmuş kimi uzun illərin meddah tərifidir.

Afaq Bəşirqızına 2020-05-23 18:03:28

Səbuhi Orucov dayısının hesabıa Rabitə İşçilərinin Həmkarlar Komitəsinin sədri təyin olunduğu gündən rabitəçilərin Əmək hüquqları pozulmağa başladı, heç bir rabitəçinin əmək hüquqlqrını qanuni qaydada müdafiə etməmişdir ? Dövlətimizi, xalqımızı qəlbən sevən bir kasıbın savadlı övladının vəzifəyə təyin olunmasının şahidi olmadım ?

Vetendaş 2020-05-23 17:09:34

.Yaş çox olmaq önamli deyil .äsas savadin olsun.

Rafiq 2020-05-23 16:29:26

esil ziyali halal olsun size Allah qorusun

Rafiq 2020-05-23 16:29:25

esil ziyali halal olsun size Allah qorusun

Eli 2020-05-23 15:46:02

Bu. ne deməkdir....

nihad 2020-05-23 14:38:25

Afaq xanım,elə təklif etdiyiniz adamların heç biri mədəniyyət adamı deyil də!

Eli 2020-05-23 13:27:41

Bunun iddiasina seviyyesine bax hamıya ağıl vermeyine bax get reyissorun ne rol verir onu ifa ele here başı çıxan işle meşgul olsa yaxşı olarBu hele rehmetlik Hökume Qurbanova Nesibe Zeynalova Leyla Bedirbeylim olsa gör neyleyer Allah sen bizi yuxarı qalxanların havasından aşağı enenlerin davasından saxla

Ərəstun 2020-05-23 13:09:39

Qənirə Paşayeva nə musiqiçidi,nə teatrşünasdır.ə arxeoloqdur,nə də Mədəniyyət sahəsinə təhsili var.Afaq xanı m bunları anlaya bilirmi ki. mədəniyyət naziri mədəniyyət sahəsində çalışan.bu sahədə təcrübə və biliyə malik şəxslər olmalıdır.Bəs deyilmi təsadüfi adamları yaltaqlıq.tərəfkeşlik.qohumluq münasibətlərinə görə soxuşdurulduğu.Azərbaycanı niyə inkişafdan salırsınız? Təhsil o gündə,mədəniyyət bu gündə!Afaq kimi artistləri sözünü ciddi qəbul etmək cahillikdir.MƏDƏNİYYƏT NAZİRİ MƏDƏNİYYƏT İŞÇİSİ ,

Eli 2020-05-23 13:06:18

Bu adam özunü ne hesab edir rehmetlik Nesibe Zehnalova xanım geldi xanım ki i de getdi senetkarlığı da öz yerinde olmaz ki here öz işi ile yeni ona aid olan ve başı çıxan işle meşğul olsun a bala o böyüklükde PA var ve bu işle meşğul olan seçahetliler var olmaz ki here öz iii ile meşğul olsunSenin fikrini soruşanda teklif verersenNu insanlar niye özyerlerini bilmir

Son yazılar