“İran səfirinin səmimi təbrikinin böyük siyasi əhəmiyyəti var” – Qüdrət Həsənquliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadənin Azərbaycan xalqına ünvanladığı təbrikdə yer alan bəzi məqamlarla bağlı “BayMedia”-nın sorğusunu cavablandırıb.

Qeyd edək ki, Cavad Cahangirzadə Ramazan Bayramı ilə bağlı təbrikində Azərbaycan xalqına “yaxın gələcəkdə “Qarabağın və Qüdsün azad olunması bayramlarını” birlikdə qeyd etməyi arzulayıb.

Qüdrət Həsənquliyev bildirib ki, Cavad Cahangirzadə İran-Azərbaycan münasibətlərinin inkişfı üçün səmimi çalışan bir diplomatdır: “Onun səmimi təbrikinin böyük siyasi əhəmiyyəti var. Təbrikinə görə ona BAXCP adından səmimi təşəkkürümüzü bildirməklə yanaşı, biz də onu və İran xalqını müqəddəs Ramazan Bayramı münasibətilə təbrik edirik. Ümid edirəm ki, Cavad Cahangirzadə bundan sonra da çalışacaq ki, İran İslam Respublikası Qüdsü işğal edən dövlətə sərgilədiyi münasibəti Qarabağı işğal edən Ermənistana münasibətdə də sərgiləsin. İnşallah, o zaman Cavad bəyin arzuları çin olar və biz birlikdə Qarabağın azad olunmasını bayram kimi qeyd edərik”.

635x100

Şərhlər

Hellas 2020-05-23 20:09:36

Yeni Qrabaq uchun tikdikleri korpulerden de deyerlidir? Chox zile chixma!

Bəhram Əşrəfi 2020-05-23 14:13:52

Bəli, SƏN və bizlər də pop-qızğın yox, ali-mülayim təkəbbürlü danışmalıyıq!

Qüdrət Həsənquliyevə 2020-05-23 13:03:41

Bunun böyük siyasi əhəmiyyəti Qaranağa çəkdiyi yol və körpulərlə Ermənistanı blokadadn çıxarmaq olduğunu deyirsiniz?

Son yazılar