Azərbaycan velosiped idxalını artırıb
Baxiş sayı:
Dərc olunub:
23/05/2020 - 14:51
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycan 2,2 mln. ABŞ dolları dəyərində 54 390 ədəd ikitəkərli və digər növ mühərriksiz velosipedlər idxal edib.
"APA-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 77,4%, miqdar baxımından isə 30,8% çoxdur.
Ölkəyə ən çox velosiped Çindən idxal olunub. Hesabat dövründə Azərbaycan bu ölkədən 2,1 mln. dollar dəyərində 53 639 ədəd velosiped idxal edib.
Çindən sonra idxal üzrə siyahıda Rusiya gəlir. Qonşu ölkə bu ilin üç ayı ərzində Azərbaycana 61,4 min dollar dəyərində 723 velosiped ixrac edib.
İdxalda ən aşağı pay sahibi isə Tayvan olub. Bu ölkədən Azərbaycana 0,18 min dollar dəyərində cəmi 1 ədəd velosiped idxal olunub.
Son yazılar
20:45
“BU HƏBS ŞOYQUDAN XİLAS OLMAQ CƏHDİDİR” - “Onlar müharibənin bitməməsini istəyirlər, çünki...”
Şərhlər
İsmayıllı velosiped zavodu niyə işləmir? Bs ona çəkilə xərc?
niyə velosibed idxal olunur? bəs bizim velosiped zavodumuz var axı. Niyə valyuta xərcləyib xaricdən velosiped idxal edirsiniz?
Bəs bizim velosipedimiz ,zavodumuz buxarlandı ? yoxsa pul yeyilib ,heç zavod tikilməyib ?