İsveç 5G-yə keçən ilk ölkə oldu

İsveçin “Tele2” telekom şirkəti ilk dəfə 5-ci nəsil kabelsiz mobil texnologiyaya keçdiyini açıqlayıb.

“Report” “Euronews”a istinadən xəbər verir ki, bunu şirkətin müdiri Anders Nilsson bildirib.

Onun sözlərinə görə, paytaxt Stokholm ilə Göteborq və Malmödə 5G əsaslı stansiyalar aktivləşdirilib.

Yeni nəsil kabelsiz mobil texnologiyanın 4G-dən təxminən 10 dəfə daha sürətli olacağı gözlənilir.

Bununla belə, hazırda smartfonların əksəriyyəti 5G texnologiyasını dəstəkləmir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar