"Traktor" klubunun futbolçularında koronavirus aşkarlandı

İranın "Traktor" klubunun koronavirus testlərinin nəticəsi müəyyənləşib.

"Report"un Cənubi Azərbaycan təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, komandanın 4 futbolçusunda infeksiya aşkarlanıb.

Oyunçuların adları açıqlanmasa da, onların karantin altına alındıqları bildirilib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılan İran çempionatının Ramazan bayramından sonra bərpa olunacağı gözlənilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar