“Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək” - Roqozin

“Rusiya ABŞ-ın Ayı özəlləşdirməsinə imkan verməyəcək”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın Federal Kosmik Agentliyinin (“Roskosmos”) rəhbəri Dmitri Roqozin bildirib. "Biz bütün hallarda kim tərəfindən olur olsun, Ayın özəlləşdirməsinə imkan verməyəcəyik. Bu, beynəlxalq hüquqa ziddir", - deyə Roqozin vurğulayıb.

O, 2021-ci ildə Aya ilk Rusiya avtomotik missiyasının göndərilməsinin planlaşdırıldığını xatırladıb.

Qeyd edək ki, aprelin əvvəlində ABŞ Prezidenti Donald Tramp amerikalılara kosmik resursların, o cümlədən Ayın mənimsənilməsi hüququnu verən fərman imzalayıb. “Roskosmos” o zaman bunu aqressiv və beynəlxalq əməkdaşlığa zərər vuran planlar adlandırıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar