Şamaxının icra başçısı və işçiləri karantindədir - Rəsmi açıqlama

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Şamaxı Rayon İcra Hakimiyyətinin əməkdaşlarının COVID-19 infeksiyasına yoluxması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

TƏBİB-dən "Report"a bildirilib ki, Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib:

"Testin nəticəsinə əsasən, analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı və İcra Hakimiyyətinin əməkdaşları hazırda özünü izolyasiya qaydalayarına uyğun olaraq karantindədir".

635x100

Şərhlər

Oulu 2020-05-25 17:13:26

təklif edirəm ki, təzə qoyulan İHB-na təcili dua yazılsın.Çünki bunlar hələ kresloya oturmamış gündə bir pəstəha çıxır.Bəlkə də bu yazıq hələ milyoner deyil deyə vicdansız koronovirus imennı gəlib bunun yaxasından tutub.Zəifdir axı.......

Son yazılar