Azərbaycanda it itə yedizdirilib, hadisə araşdırılır - VİDEO (Yenilənib)

Sosial şəbəkələrdə Azərbaycanda it dalaşdıran şəxslərin görüntüləri yayılıb.

“Report”un xəbərinə görə, yayılan məlumatlarda bildirilir ki, həmin şəxslər qadağan edilmiş it döyüşləri keçirirlər.

Pulla döyüşlər təşkil edən şəxslərin Sumqayıt şəhərindən olduqları ehtimal edilir.

Belə ki, onlar itləri ölənə qədər döyüşdürürlər, daha sonra məğlub olan köpəkləri kəsib, ətini digər itlərə yedizdirirlər. Bir itin digər itə yedizdirilməsi də görüntülərdə yer alıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən “Report”a bildirilib ki, həmin görüntülərdəki hadisələr araşdırılacaq.

635x100

Şərhlər

Ağa 2020-05-27 10:18:02

Manyaklar

Son yazılar