İranda daha 57 nəfər koronavirusdan öldü

İranda koronavirusa yoluxanların sayı artıb.

“Report” IRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur məlumat verib.

Onun sözlərinə görə, ölkədə daha 1 787 nəfərdə koronavirus aşkarlanıb. Bununla da İranda yoluxma faktlarının sayı 139 511-ə çatıb.

K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 57 nəfər artaraq 7 508 nəfərə yüksəlib.

O, həmçinin 2 567 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Bundan başqa, indiyədək 109 437 nəfər sağalaraq xəstəxanadan evə buraxılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar