“Oğurluq, cinayət edib, min oyundan çıxıb...” – Keçmiş deputat ittihamlara cavab verdi

"Mən həyatım boyu onlarla adama əl tutmuşam, ev, torpaq almaqda kömək etmişəm. Bu İbrahim Hüseynova da çalışmışam kömək edim. Oğurluq, müxtəlif cinayətlər edib, min dənə oyundan çıxıb. İndi də haqqında Sabunçu polisində cinayət işi var. Düşüb üstümə ki, mən buna kömək etməliyəm. Mən axı ona necə kömək edə bilərəm? Onun 25 yaşı var, evini alıblar? Getsin versin məkhəməyə, iddia qaldırsın".

Bunları keçmiş deputat, uzun illər polis rəisi olmuş Cahangir Hüseynov "AzPolitika.info"-ya açıqlamasında bildirib. Keçmiş deputat İbrahim Hüseynov adında oğlu olmadığını bildirib: "Mənim 5 övladım olub, birini itirmişəm, amma onlarla uşağa mənəvi cəhətdən böyüklük, köməklik eləmişəm, amma atalıq yox. Atalıq bioloji məsələdir. Onun şəxsiyyət vəsiqəsinə baxın, orada ata adı "İlqar oğlu" yazılıb. 15 yaşından sonra mən onu himayəmə götürmüşəm".

Xatırladaq ki, İbrahim Hüseynov mətbuata, o cümlədən "AzPolitika.info" saytına şikayətində bildirib ki, onun anası və keçmiş deputat Cahangir Hüseynov birləşərək ona doğma atasından miras qalan evi satıblar. O, iddia edib ki, C.Hüseynov anası ilə evləndikdən sonra soyadını ona verib, daha sonra Bakı şəhərində yerləşən mənzilini ələ keçirib. İ.Hüseynov keçmiş deputatdan evini tələb etdiyini bildirib.

Cahangir Hüseynov isə deyir ki, onun tikinti şirkəti olub, yüzlərlə ev tikib: "Mən bu yetim İbrahimin evini niyə əlindən alım? Mən 30 il polisdə işləmişəm, 20 il siyasətdə olmuşam. İbrahim kimdir ki, mən bir yetim uşağın evini əlindən alıram? Hərbi xidmətdən 2 dəfə qaçıb, kömək eləmişəm, həbsə düşməyib. İndi yalandan deyir aprel döyüşlərində iştirak etmişəm. Mən aparıb onu Türkiyədə məktəbə qoymuşam, oxumayıb, Antalyada işə düzəltmişəm, getməyib, işləməyib. Odessada yaşayan qardaşının yanına göndərmişəm, 20 gündən sonra qayıdıb üstümüzə gəlib. Burada Cahangir Hüseynovun adından istifadə edir axı! Mənim elə bir oğlum yoxdur. Bunlar 2001-ci ildə mənə rast gələndə, artıq evlərini satmışdılar. İki dəfə nişanlanıb, qız tərəf onu polisə verib. İndi də haqqında cinayət işi var, oğurluq edib, indi də mən onu xilas etməliyəm?!".

İbrahim Hüseynovun anası Aygün Hüseynova da "AzPolitika.info" saytına bildirib ki, oğlunun Cahangir Hüseynova ittihamları tamamilə əsassızdır: "20 il bundan əvvəl satılan evdən Cahangir müəllimin xəbəri yoxdur. Evi mən almışam, mən də satmışam. O zaman heç Cahangir müəllimlə evli olmamışam. Həyatdır, çətinlikdir, ehtiyac olub satmışım. İbrahim mənim oğlumdur, canımdır, bu öz yerində. Amma indi onu başdan çıxarırlar, aldadırlar... Biz ona dəflərlə ev aldıq, dedik, işlə, ailə qur, toyunu edək, vaxtı gələndə evi də keçirərik adına. Bunların heç birini etmədi. Cahangir müəllim də, mən də bir ana kimi onu normal həyat qurması üçün əlimdən gələn hər şeyi etmişəm. Amma o bunun heç heç birini dəyərləndirməyib, öz əməllərindən əl çəkməyib. Hətta hərbi xidmətdə inauqurasiya zamanı bizi maşında qoyub qaçmışdı, bütün hərbi hissə heyəti üstümüzə gəldi... Hansı birini deyim..."

"AzPolitika.info"

635x100

Şərhlər

Hemid Babayev 100 2020-09-21 04:34:22

Bu Cahangirin qizi iller once erini gudurmek ucun hardasa ortalama belkede ibrahimin 14 15 yasi olardi Cahangirin kurekeni Fexri adinda oglanin restorantinda isdiyirdi ibrahim Cahangirin qizi buna tapsirmisdi ki erim hara getse ne elese ona desin hetda 1 defe onun ucbatinan basima sexsen menim zerbe vurdular bular ne ozlerini melek hesab edirler ki 14 yasli usaga erimi gud gor neynir hardadi dehen adamin atasi qizi kimi qizida atasi kimi olar.!

Müəllim 2020-05-28 19:37:37

Cahangir Hüseynov Rəis olan dövrdə Gədəbəy rayonunun Nəriman kəndində soruşur ki, nədən əziyyət çəkirsiniz, müəllimlər eyir ki qışda yanacaq olmur, uşaqlar soyuqdan donur. Hoyabr ayında müəllimlərdən birini yola salırlarki get bunu yada sal. Həmin müəllim gəlir qəbul otağında saatlarla gözləyir, lakin Cahangir Hüseynov baxmayaraq

Hicran M 2020-05-28 18:31:30

Men bir ana kimi Aygunu basa dusa bilaram. O mecbur olub bu hereketi edib. Hec bir ana ovladini atmaz. Vaxt gelicay Ibrahim anasina govusacag. ..

Tamella M 2020-05-28 17:27:21

Ay Ibrahim, senin anan yazig neynasin ahi? Cahangirdan o gorxur sen basa dusmursan bunu? Senin bacilarin var. Sen istiyirsan onlarda seni kimi kucada galsinlar? Senin anan sene destek olsa cahangir senin bacilarivi ananla birlikda aticag kucaya! Bunu basa dus yazigsan!

Saida M 2020-05-28 15:30:33

Ay Cahanigr muallim, siz ona coh zulum vermisiz ... Bu yazig yetimin mirasini anasiynan birge satib yemisiz.

Ulvi Ibrahimov 2020-05-28 13:27:38

Hormetli Cahangir bey, siz demaynan deyil artiq sizi hami taniyir. Allah Ibrahim balaya sebr versin!

Nubar Ahmadova 2020-05-28 13:23:04

Cahangir bey siz bu isdara son goyun. Besdi hamiya hada gorxu geldiz. Allahdan gorxun imana gelin. ...

Sevinc Haciyeva 2020-05-28 12:02:59

Biz İbrahim lə 2017 ci ildə nisanlandiq və Nişan demək olmazdı Herimiz oldu Anası gəldi mən Cahangir Hüseynovu heç gormemisem tanimiriqda bu sadəcə mene toxundu Anası Aygun xanım gündə bir yalanla gəlirdi ki Ay Cahangir xəstədi hələ bilmir nese problemləri var İbrahim lə aramda heç bir problem olmuyub. Keçmiş keçmişdə qalıb Hamıda olduğu kimi biz dede xirda munaqiseler olurdu hansı ki 1 saat belə çəkmirdi Bizi ayıran Onun anası oldu ..Allah İbrahime səbr versin o ki qaldı orda mənim rəfiqəm olduğunu bildirən xanima xais edirem belə yalanlar yazıb özünüzü biyabir etməyin mən heç seni tanımıram və mən özümə harasdirmiram ki kimisə polisə verim və yaxudda ailem Yene inanıram ki Bunlar Cahangir və Aygun xanımın həmişə ki kimi uydurmasidi....

Amanullayeva 2020-05-28 11:25:10

... Allah her övladı bele valideyinlerden qorusun. Haqq öz yerin tapacaq sadece İbrahim'e sebr dileyirem

Ibrahim Huseynov 2020-05-28 11:11:47

Burda yazilanlar ki var haqqımda ola bilsin doğrudur yəqin mende Ataligim kimi Məkan MTK daki kimi Anlagsız olmusam vallah nə deyim hər şey ola bilər ......

Ibrahim Huseynov 2020-05-28 11:03:40

Əziz dostlar Mənim haqqda yazılmış şərhlərin saat vaxtına baxsaz tamam real olduğunu amma mənə qarşı çıxan 1 2 nəfərin 5 6 adla girib eyni saatda haqqımda çirkin sözlər yazılıb sizə seslenirem . Bu dünyanın o biri terefide var .

Sabina Xudiyeva 2020-05-28 01:19:22

Ay Ibrahim gunah senin anandadir. Yaziq cahangir neynasin. Indiya kimi halamda Aygunun borclarini odayir..

Kamal Seyidov 2020-05-27 19:42:49

Men Ibrahimi coh yahsi taniyiram, o coh sakit ve merfetli oglandi. Sadaca cahangir ona o gadar basinnan vurub ve aziyyat verib indida atib onu 2017-ci ildan kucalara. O yazig usaq xastadi ve boyuk stress kecirdir. Allah Ibrahim gardasin komeyi olsun

Pervin Quliyev 2020-05-27 19:38:35

Cahangir bey Allah siza sabr versin. Yahsi olardki siz oz yoldasiniznan ve ogluvuznan bu masalani hall edardiz ve imkan vermazdiz bu yazilara. Siza bu yarasmaz

Qasim Mamedov 2020-05-27 19:15:47

Hormetli Cahangir muallim. O ahi sizin ogluvuzdu. Oz aravizda hall edin bu masalani

rza salmanov 2020-05-27 10:49:51

İlk şəkildən bilinirki gözəl həyati olub, özü özünü bu günə salib..əclaf

Selin 2020-05-27 10:47:24

Bu nə sözlərdi ay millət!?!? Ən döğrusunu eləyib bu kişi. Ya səbr..

Kamran N 2020-05-27 10:46:34

yazig anasi gör nəgədər çalişib..Cahangir müəllim caniviz sağ olsun

Humməd 2020-05-27 10:45:39

İbrahim nə.... oz ata tərəf gardaşinin pulundada gözü var idi..

Nazrin 2020-05-27 10:44:43

Mənim padrugamla nişanladida bu ...... utanmaz gör nə oyunlar çıxardib e hələ nə gədər yalançı imiş, Cahangir müəllim çox savatli afamdir, bu nişanlanandada nə gədər kömək oldu, ev hazirladi, iş tapdi. sonu nə ola?? yazig gizi döydu, atasida polis çağirdi, Vallah mənim Cahangir bəyə yaziğim gəlir. bələ insanlari tapmag çox çətindi amma olanlarida heyif eləyirik..

Taha 2020-05-27 10:40:37

Bu nə evlatdi, yadimdadi Cahangir bəy ev verdi. üst gomşiəum idi, nə gədər tərbiyəsiz əxlagsiz adamdi e. gündə Cahangir bəyə deyirdik yaziğ kişi nə gədər çaluşdi ağıllanmadiki. ehh Allah bəlovu versin ibrahim (adivada layig deyilsən)

Həsən Haciyev 2020-05-27 10:37:20

Mənə elə gəlir ya bütün negativ yorumlari elə bir adam yazib. çox tez başa düşmək olar, nə gədərdə gülüncdü. Allah sizə səbr versin Cahangir

İslam 2020-05-27 10:28:57

Tamami ilə raziyam. nə yalandan deyir güyə Aprel döyüşlərinə gedib?? Şəhidlərimizə Allah rəhmət ekəesin, belə bir saygisizliğa nexə dayanirsiz?? mən heç kimi ginamiram çünki tanimiram amma Cahangur müəllim mənim ailəmə ən çətin zamanda nə gədər maadi kömək ələyib. Allah sizfəb razi olsun Cahangir Müəllim!!

Ramiz 2020-05-27 10:24:49

nə yalançı uşag imiş. utandim lap. ..

Mədinə Salayeva 2020-05-27 10:23:05

hech insan ozunu boyutduğu adama bele eleyer, Allah sebr versin Cahangir muellim

Fərxad 2020-05-27 10:22:06

çox doğru dediz, bu uşag ne gədər başıma oyun açıb, kimsə yerinə oturtmaliydi bunu

Nurlan Babayev 2020-05-27 10:21:09

ay millət tanimadan bilmədən danişmayin, iki terefde yalanda doğruda demiş ola bilər amma əgər bu İbrahim doğru demiş olsaydi, niyə məhkəməyə verməyib??

Dilbər M 2020-05-27 10:18:17

Cahangir sizlən raziyam, goy gedib başına nə gəlirsə gəksin

Omər 2020-05-27 02:23:54

Məncə sən piar qazanmaq arzusundasan ay İbrahim ama ...

Dunya 2020-05-27 02:22:34

Allah belə övladdan uzaq etsin .. Allah valideynlərinə səbr versin

Fərid 2020-05-27 02:18:23

Ay oxuyucular burdaki butun şəhrlər İbrahimin yazdiqlaridi !! Ay oglan sənə hech kimin borcu yoxdu əməllərin duz olsaydi bu aciz gununə duşməzdin..Gunahi bəsti başqalarına üstünə attin , insan ancaq öz yaxşı əməlləri ilə nəyəsə nail ola bilər.Şər böhtan hətta sana hayat verən anandan sənə çörək verən ataliğindan daha hechnə umma bu addim sənə haqq qazandirmaz.

Ibrahim Huseynov 2020-05-27 01:12:46

Menim sen adda nə anam var nede bir kimsen sen o adamsan ki Məni xəstə kimi qeyd eletdirib atamin evini satmjsan sənədlər var mende Senin kimi anadansan olmaması daha yaxşıdı.

sadig M 2020-05-27 00:04:56

Mende ibrahimi cahangir beyin oglu kimi taniyiram, coh merfetli oglandi. Cahangir bey onu coh istiyir. Bu hadisanin garanlig tarafi var

Xuraman 2020-05-27 00:04:09

Yalan burda ortaya çıxır anası yazıb ki o mənim canimdir ay Aygun xanım o sənin neçə canidir ki 3 ildi atmısan küçəyə ?.......

Aydin 2020-05-26 23:58:32

...sen onun evini məqsədli şəkildə elə keçmək üçün soy adivi vermisən elinen almısan oda senen alıb ...

Allahverdi Baratov 2020-05-26 23:55:16

Eee Cahangir sen .......

Polkovnik 2020-05-26 23:51:46

Həqiqətləri öyrənmək isdeyirsizse 050 301 93 04 İbrahim yani Cahangirin ogulligunun nomresidi Oğlum haqq öz yerini tapacaq.

Adil 2020-05-26 23:50:35

Sen o adam idin onu it damına salıb başına itin oyununu açan amma o bir dəfə olsun seni soymedi təhqir etmədi sen o adam idin onun sevdiyi ilə ailəsini dağıtmaq isdeyen sen o adam idin ki Telefonda onun adını ibrahim Wom yazmışdım .... Cahangir Sene yazığım gəlir Heqiqeten.

Ferhad 2020-05-26 23:48:02

Cahangir sen neçə aciz adamsan ki ...

Veli Mammadov 2020-05-26 23:08:29

bu insan oz kecmis seriklarini orqanlara vermisdi

Fazil Axundov 2020-05-26 23:04:31

Cahangir bey bu yahin gunlarda oz gohumun evina polis gondarib hebs etdirmak istayib! ...

Xanlar Qasimbeyli 2020-05-26 22:59:02

Men Ibrahimi Cahangir beyin oglu kimi taniyiram. Coh merfetli ve gacanagli oglandi. Her halda ata ogul muhasibasini ozdari hall etsa daha da yahsi olardi. Aile sohbatlarin isiglandirilmasi hecda dogru deyil

Lalə 2020-05-26 22:29:58

Bütün günah Cahangirdədi.Milyonları var,amma yetimin,kimsəsizin də malını mənimsəyir.Birinci ailəsin də ev vermirdi,məhkəməyə düşmüşdü onlarla da....

Leyla Nuriyeva 2020-05-26 22:04:52

Bu oğlan yalniz evini istəyir vessalam. Ay Cahangir, onun anası lap satıbsa siz ona bir otaqli bir ev alardiz. Oğulluğa götürüb soyadıvızı vermisiz demali sizin oğluvuzdu ve məsuliyyəti anasıynan birgə daşıyırsız.

Eldar Aliyev 2020-05-26 22:03:26

....... Heç bir ana nə olursa olsun ovladının nahagdan həbs olunmasını istəməzdi. ..

Sara M 2020-05-26 20:50:00

...... Allah Ibrahimi gardashin komeyi olsun!

Ya Garabax 2020-05-26 20:46:34

Yasasin Azerbaycan polisi! Ibrahim artig serbest burahilib! Cahangir bey Ibrahimi uydurma bir isnan habs etdirmak istayib amma alinmayib!

ejder 2020-05-26 20:40:09

esas weyi deyin...polis olmuwam,siyasetciyem...

Gulnar Aliyeva 2020-05-26 20:35:18

------------

Sabuhi Xanlarov 2020-05-26 20:21:31

neca olur ki familya senin ogullug senin amma deyirsan menim oglum deyil

Nemin 2020-05-26 20:12:45

------------

Afət 2020-05-26 20:11:40

Yalandır bu uşaq sizə belə mane olurdusa elə o vaxt detdoma vererdizde

Ilham Huseynov Əmisi oglu 2020-05-26 20:10:34

Cahangir Hüseynov deyor ki menim 100 evim var mənim yetim ibrahimin satılmış evində gözüm yoxdu və deyir ki men 10 larla insana torpag ev almışam beş nə üçün öz soy adını vermiş olduğu ogullugunu o evlərdən dən birini qoymur ona şərait qurmur??? Anası Aygune isə o mənim canimdir balam dir deməklə canını qurtarmaq isdediyi bildirərək demək isdeyirem ki canim dediyi şəxsi iki ildi ki çöllərə salaraq XB də əsgər formasında batinkada colde yaşadaraq allah ümidinə qoymuş ananın adı nedi? ?

meslehet 2020-05-26 19:02:49

25 yashinda olan İbrahim Hüseynova doqma anasi komek etmelidir, vicdanli ana oz doqma ovladini TULLAMAQA HAQQI YOXDUR.

Leyla Yusifzade 2020-05-26 18:43:43

Ay Aygun Və Cahangir sizın dedikləriniz tamamilə yalandır axi neçə İbrahim Hərbi xidmətdən qaçıb ki bu günki gün onun Xidməti vəsiqəsində hər şey izahlı sübutlu şəkildə yazilib

Ədalət 2020-05-26 18:30:07

Allah belə evladdan uzaq eləsin.

Nəzakət 2020-05-26 17:38:28

Uşaq düz deyir,Cahangir çoxdanın ...

Son yazılar