Bakıda məşhur restoran avtomobil yolunu zəbt edib - FOTO

İllərdir səkini zəbt edən məşhur restoran bu dəfə avtomobil yolunu ələ keçirib. Restoran avtomobil yoluna masalar düzüb.

Söhbət Bakının məşhur restoranlarından biri olan "Dolce Vita"nın özbaşınalığından gedir.

Əziz Əliyev küçəsində yerləşən restoran hər yay mövsümündə piyada yoluna masalar düzürdü. Bu dəfə isə avtomobil yolunu zəbt edib.

Təqdim etdiyimiz görüntülərdən də aydın görünür ki, restoran avtomobil yoluna bir neçə masa düzüb. Məkanın bu cür özbaşınalığı həm piyadaların, həm də avtomobillərin hərəkətinə problem yaradır.

musavat.com

635x100

Şərhlər

Ağayev Ağahüseyn 2020-05-27 07:23:41

BŞİH-nin HAKQINI verib nə istəyirsiz bu YAZIQDAN.

Son yazılar