“Karantin daha çox insanı öldürdü, nəinki xilas etdi” - Nobel mükafatçısı

Stenford universitetinin biologiya professoru Maykl Levitt hesab edir ki, koronavirus səbəbilə karatinin tətbiqi yalnız ölümlərin sayını artırıb. Levitt 2013-cü ildə kimya üzrə Nobel mükafatına layiq görülüb.

“The Daily Mail” nəşrinin yazdığına görə, alim əmindir ki, məhdudlaşdırıcı tədbirlər yalnız ziyan vurub. Bunun nəticəsi ev zorakılığının artması və boşanmalar, alkoqolizm və səhiyyə sistemində yaranmış ifrat yüklənmə səbəbilə tibbi köməksiz qalan insanların ölməsi oldu. Levitt həm də bəyan edib ki, Amerka Birləşmiş Ştatları (ABŞ) hakimiyyəti ölümlərin sayını 10-12 dəfə atıq göstərib və Nil Ferqyusson modelinə istinad edib.

Fizik Marko Kolanoviç isə öz növbəsində, belə bir fikir irəli sürüb ki, COVİD-19 öz dinamikasına malikdir və müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər (məsələn, insanlar arasında təmasların məhdudlaşdırılması) bu dinamikaya az təsir göstərir.

AzPolitika.info

635x100

Şərhlər

t.ədalət 2020-05-27 11:08:54

Azərbaycanda karantin rejimi nadancasına tətbiq edildi.Birdən-birə adamları ev həbsxanasına məcbur etməklə hərəkətsiz vəziyyətə saldılar.Ürək-damar və şəkər xəstələrinin vəziyyəti xeyli ağırlaşdı.Ölənlər arasında şəkər xəstələrinin çox olmasına səbəb hakimiyyətin yaratdığı ev həbsxanası oldu.

Tanish 2020-05-27 03:37:04

Tamamile sherikem, zorla hec neye nail olmaq olmaz. Bu xesteliyin dermani yoxdur ve etimalla butun insanlar bu yolu kecmelidir. Lakin kutlevi toplantilar ve exlaqa zidd toylarin kecirilmesi onun yayilmasini suretlendirer. Toyxanalarin tezlikle tikish sexlerine cevirilmesi lazimdir.

Son yazılar