Gürcüstan 18 Azərbaycan vətəndaşını Hindistandan təxliyə edir

Bu gün Gürcüstan 15 vətəndaşını Hindistandan xüsusi aviareyslə təxliyə edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Həmin reyslə 18 Azərbaycan vətəndaşı da Tbilisiyə çatdırılacaq.

Gürcüstan və Azərbaycan vətəndaşlarının təxliyəsi Hindistan hökumətinin dəstəyi ilə mümkün olub.

Vətəndaşlar Dehliyə Qoa, Racastan və Maxaraştrı şəhərlərindən Gürcüstanın Hindistandakı səfirliyinin təmin etdiyi avtobuslarla çatdırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar