Polşada koronavirusa yoluxanların sayı 22 mini ötüb

Polşada son sutka ərzində 229 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub. Bununla da, ölkədə bu virusa yoluxmuş insanların sayı 22 303-ə çatıb.

APA-nın RİA "Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə Polşanın Səhiyyə Nazirliyinin yaydığı məlumatda deyilir.

Həmçinin, ötən gecə Polşada bir nəfər koronavirusdan ölüb. Ölənlərin ümumi sayı 1 025 nəfərə çatıb.

Son məlumatlara görə, koronavirusla əlaqədar Polşada 2 320 nəfər xəstəxanaya yerləşdirilib, 79 007 nəfər karantindədir, 10 330 nəfər sağalıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar