Franansada transgender-qadın mer seçilib - İlk dəfə

Fransanın şimal-şərqində yerləşən (Belçika ilə sərhəddə) Tiyua-le-Marşen şəhərinin kommuna şurası praktiki olaraq yekdilliklə 55 yaşlı transgender-qadın Mari Konu yeni mer seçib. Ko xahiş edir ki, ona «madam mer» deyə müraciət etsinlər (Frans-Press).

Mari Ko ölkədə franrasız merlər arasında ilk qadın- transgender olub. O, ətraf mühitin qorunması və yerli iqtisadiyyatın inkişafı proqramı ilə çıxış edib. Madam Ko ixtisasca aqrotexnikdir.

Tiyua-le-Marşen 600 nəfərə yaxın əhalisi olan kiçik şəhərdir. Orada bələdiyyə seçkiləri mart ayında keçrilib və «Birlikdə həll et» siyahısına qələbə gətirib. Mari Ko da bu siyahı üzrə seçkidə iştirak edib. Tiyua-le-Marşen meri birbaşa vətəndaşlar tərəfindən yox, kommunanın 15 üzvü tərəfindən seçilir. Onların 14 nəfəri öz səsini Koya verib.

«İnsanlar məni transgender olduğuma görə seçməyiblər, onlar mənim proqramımı seçiblər. Vəziyyət normal olanda səni digərlərindən fərqləndirmirlər» - madam mer qeyd edib.

AzPolitika.info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar