Mayk Pompeo Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib

ABŞ-ın Dövlət katibi Mayk Pompeo Azərbaycan xalqını 28 may – Respublika Günü münasibətilə təbrik edib.

APA-nın xəbərinə görə bu barədə ABŞ Dövlət Departamentinin saytında məlumat verilib.

"Amerika Birləşmiş Ştatlarının hökuməti adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edirəm. Amerika Birləşmiş Ştatları və Azərbaycan otuz ilə yaxındır ki, mühüm tərəfdaşlıq əlaqələrindən bəhrələnməyə davam edir. Biz təhlükəsizlik, energetika, iqtisadi inkişaf ilə yanaşı insan hüquqlarının və əsas azadlıqların qorunması kimi vacib sahələrdə birgə çalışırıq. Əfqanıstanda sülhün qurulması naminə çiyin çiyinə fəaliyyət göstərən habelə Cənub Qaz Dəhlizi vasitəsilə Avropada enerji təhlükəsizliyini gücləndirmək üçün birgə çalışan dövlətlərimiz ən vacib qlobal məsələlər üzərində əməkdaşlığı davam etdirir", - təbrikdə qeyd olunur.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar