Daha bir ölkədə "Formula 1" yarışı ləğv olundu - RƏSMİ

"Formula 1" üzə Niderland Qran-prisi baş tutmayacaq.

"Report" "Formula 1"in rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, Niderland tərəfi yarışın bu il keçirilməyəcəyini təsdiqləyib.

Qeyd edək ki, "Formula 1"də 2020 mövsümünün startı koronavirus pandemiyası səbəbindən təxirə salınıb. Daha əvvəl "Formula 1" rəhbərliyi koronavirusa görə Azərbaycanla yanaşı, Bəhreyn, Vyetnam, Çin, İspaniya və Kanada Qran-prilərini təxirə salıb, Avstraliya, Monako və Fransa mərhələləri isə ləğv olunub. Bakıdakı yarış 5 - 7 iyunda keçirilməli idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar