Ermənilər Qarabağ meşələrində könüllü diversiya qrupları yaradır - FOTOLAR

Ermənistan Azərbaycanın işğal altındakı torpaqlarında diversiya törətmək üçün könüllü hərbi birləşmələr yaradır.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, keçmiş kəşfiyyatçı Vova Vardanovun Qarabağ meşələrində yaratdığı silahlı birləşmələrin tərkibindəki qızlar və oğlanlar ekstremal şəraitdə sağ qalmaq, diversiya aktları törətmək və s. vərdişlərə yiyələnirlər.

Növbəti təlim xarakterli toplanış 10-19 iyul tarixlərində Kəlbəcər rayonu ərazisində keçiriləcək. 

Bundan əvvəl, təlimlərin iyunun 12-21 tarixlərində keçirilməsi nəzərdə tutulsa da, koronavirus pandemiyasına görə tarix dəyişdirilib. Təlimlərdə sabiq SSRİ və Ermənistanın xüsusi təyinatlı dəstələrində xidmət keçmiş təcrübəli döyüşçülər dərs keçirlər. 

Təlim-tədris məşqlərinə yerli və diaspor erməniləri maliyyə yardımı ayırırlar.

635x100

Şərhlər

Əli 2020-05-28 16:13:28

ermənilərin bu dəstələri balaca dava-dava oynayan uşaqların oyunlarına bənzəyir. Bunlar Milli Ordunun bir artilleriya atəşindən pərən-pərən düşərlər. Biz ermənidən qorxmuruq, biz müharibə əmri verilməyəcəyindən qorxuruq.

Rahib 2020-05-28 14:38:59

Biz də şirin yuxudayıq. Hələ ayılmaq fikrimiz də yoxdur. Müharibə etməyə də duxumuz çatmır. Allah axırını xeyir eləsin

Elxan 2020-05-28 13:55:11

Azərbaycanın etməli olduğunu erməni edir

BAKILI 2020-05-28 13:32:51

Biz ise JARA festvalina hazirlawiriq

Son yazılar